adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Nə özünüzü öldürün ,nə bizi çərlətməyin... - İradə Tuncay yazır

İRADƏ TUNCAY
2838 | 2023-02-28 13:40

Bu fikir məni çox düşündürür...

Dünən növbəti ağlaş günü idi , paylaşdıq ,hədələdik ,asdıq -kəsdik və sairə...

Kimin üçün idi ? Mən bu hadisələri yaşamışam...İndi heç yadıma salmaq istəmirəm. Görən kimi üstün bağlayıram. Gənc nəsil üçün ? Onlar gündəlikdə o qədər problemlərnən boğuşurlar ki ,əlavə dərdə ehtiyac yoxdu sanırlar...

Uşaqlar üçün ????

Və üstəlik də bu internet aləminin sahibləri də özü qərar verir biz nəyə baxa bilərik. Əsas da budur...İnternet də nüvə silahı kimi ,kosmik raket kimi ,kütləvi qırğın silahları kimi bir şeydi. Super güclərin əlindədir... Xocalıdan çox paylaşımları blok edir. Onlara lazım deyil bu...Lazım olanı özünüz görürsüz...Dünya bir yumruğun içində. Biz də ordayıq.

Nə özünüzü öldürün ,nə bizi çərlətməyin...Onlar nə desə o da olacaq...

Fikirləşin görün necə edək ki ,salamat qalaq ,başımızda ağıl olsun...

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV