Sosial şəbəkələri izləyirəm. Bəzən ailə dəyərlərindən danışan xanımların qəribə istək və dəyərləndirmələri olur. Bütün bunları isə onlar əxlaq meyarı, ailə dəyəri prinsipləri altında qeyd edirlər.
Bəlkə də ailə dəyərləri, ailə qurmaqçün önəmli olanlar bunlardır , bilmirəm...
İzlədiyim qədər təxminən belə olur:
Oğlanda əsas xarakterdi, amma işi yaxşı olsun.
Kişidə önəmli olan qəlbində xanımına yuva qurmasıdır, amma öz evi olsun.
Kişi meymundan fərqləndi bəsdi, amma boyu ən azı 180sm, yaraşıqlı olsun.
Kişidə önəmli olan cibi deyil, ruhudur, amma gəliri yaxşı olsun.
Ailə dəyərlərini sevsin, hər problemi həll etsin, amma mənə qadağa olmaz.
Münasibətdə hər çətinliyə dözmək olar, amma bu yaşdan sonra çətinlik çəkmək istəmirəm.
Kişi qadını qəlbində daşımağı bacarsın, amma maşını olsun.
Dəb-dəbəyə meylli deyiləm, amma qohum, qız dostlar var, onlara görə bəzi belə qaydalara əməl etsin.
Elə bil hansısa bankın riskli kreditlər üzrə hüquqşünas əməkdaşıdır.
Məncə bu azdı, oğlanın dişlərinə də baxmaq lazımdı. Axı, çapmağa at alanda dişlərinə baxırlar…