Donald Tramp: "Ukrayna ağ bayraq qaldırmalı və Rüsiyadan üzr istəməlidir"
"Ukraynanın düşmənlərinin sayı artmaqda davam edir"...
ABŞ Mərkəzi Kəşfiyyart İdarəsinin (MKİ) eks-analitiki Larri Conson, "Daniel Davis" YouTube kanalının efirində bəyan edib ki, Ukrayna düşmənlərinin sayı getdikcə artmaqdadır.
"Ukrayna Avropa ilə münasibətləri genişləndirmək əvəzinə, onları dəstəkləyənlərin hisləri ilə oynamaqla, Kiyevə qarşı düşmənlərinin siyahısını artırır"- deyə Conson bildirir.
Ekspertin sözlərinə görə, hətta Ukraynanın ən qəti tərəfdarları da etiraf edirlər ki, Kiyevin Krım və Donbası geri qaytarmaq şansları yoxdur.
Əslində, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın da, son çıxışlarından görmək olar ki, Ukrayna təkcə Aropanın deyil, okeanın o tayının da maraq dairəsindən kənarda qalmağa doğru gedir.
ABŞ-ın yeni prezidrnti, artıq seçkilər ərəfəsində "Prezident seçilən gün, 24 saata Ukrayna müharibəsini bitirəcəm" sözündən imtina edib. Trampın yeni adminidtrasiyası məsələnin həllinin ən azı altı ay çəkəcəyini bildirir. Necə və hansı yolla, hansı planlarla bu münaqişə öz həllini tapacaq? Bax sual budur.
Yeni prezidentin özü isə, "Mən həmin vaxt prezident olsaydım, bu müharibənin qarşısını alardlm" deməklə, Rusiya -Ukrayna müharibəsinin başlamasında, artıq bir həftədən sonra prezident kürsüsündən ayrılacaq Co Baydeni və onun konandasını günahlandırmaqla, sanki işini bitmiş hesab edir.
"Moskvanın münasibətini başa düşmək olar. Hələ Vladimir Putin Rusiya prezidenti olmamışdan əvvəl də, Rusiya Ukraynanın hərbi bloka qoşulmamasını təkid edirdi. Bu sanki daşa həkk olunmuş tələb idi"- deyə bildirən Tramp bir daha göstərir ki, getməyə hazırlaşan hazırki hakimiyyətin Ukrayna ilə bağlı siyasətini davam etdirmək niyyətində deyil.
Əvvəla, qərb analitikləridə qeyd edirlər ki, Respublikaçıların lideri prezidentliyi dövründə çətin ki, Ukraynanın NATO-ya qəbul olunmasına razılıq versin. Avropalı həmkarları ilə keçirdiyi şəxsi görüşlərdə də onun administrasiyasının üzvləri, Trampın bununla bağll mövqeyini açıq şəkildə həmkarlarının diqqətinə çatdırıblar.
Blomberg agentliyinin məlumatına görə, Tramp Ukraynanın taleyinə biganə münasibət göstərir. "Belə görünür ki, O, Ukraynanın gələcək taleyi ilə bağlı çox da maraqlanmır və ya, bu müharibənin ABŞ üçün nə qədər strateji vacib məsələ oldudunu anlamır"-deyə agentlik yazır.
Və nəhayət, Donald Tramp elə dünənki çıxışında məsələyə şəxsən özü aydınlıq gətirib: "Ukrayna ağ bayraq qaldırmalıdır , Zelenski törətdiyi cinayətlərə görə cavab verməlidir və Rusiyadan üzr istəməlidir. Zelenski Baydenlə birlikdə amerikan xalqını qarət ediblər. O, buna görə cavab verməlidir. Mən onun dostu deyiləm". Qısa və konkret.
Bəli nə az, nə də çox. Çox güman ki, ABŞ -ın yeni seçilmiş prezidenti bu bəyənatı ilə artıq əsl niyyətini ortaya qoyur, Ukrayna məsələsinin üstündən qara xətt çəkir. Yəqin ki, Avropa dövlətləri də, tezliklə müxtəlif bəhanələrlə Ukraynadan üz çevirəcəklər və Kiyevi bu müharibədə ağ bayraq qaldırıb təslim olmağa məhkum edəcəklər.
Kimsə düşünür ki, Tramp bilmir ki, baş verən bu faciənin günahkarı təkcə Zelenski və Bayden klanı deyil, yanılır. Tramp yaxşı bilir ki, 50-yə yaxın ölkə bu zəncirin həlqələridir. Bəli ABŞ-ın yeni seçilən prezidenti onu da yaxşı anlayır ki, qarşıda, kriminal dillə desək "böyük razborka" gözlənilir və onlarln hamısı "strelkaya", "sxodkaya" çağrılacaqlar. Tramp onu da bilir ki, Zelenski bu işləri təkbaşına görməyib, onun arxasında Böyük Britaniya kəşfiyyatı dayanır və hələ prezident seçilərkən o, Britaniya kəşfiyyatının peşəkar əməkdaşlarının "nəzarəti" altında mühavizə olunub.
ABŞ və Qərb artıq açıq şəkildə etiraf edirlər ki, əslində maraqları naminə Ukraynanı bu tələyə salan da elə onlar özləridi. Ukraya və ukrayna xalqının taleyi onları heç əvvəldən də qətiyyən maraqlandırmaylb. Daha əvvəllərdə dəfələrlə yazdığımız kimi, Ukrayna ABŞ-ın və Qərbin strateji maraqlarının həyata keçirilməsi üçün qurbanlıq seçilən bir vasitəydi.
Bəs bu "qumar ouununda" kim udacaq? ABŞ-ın maraqları, yoxsa Rusiya qazanacaq? Xeyir, məhşur "Blef" italyan filmimində, məhşur müğənni-aktyor Andreanao Çelentanonun da dediyi kimi, ""Kazinoda" fərqi yoxdur, fişkalarını istər qaraya qoy, istər qırmızıya, sonda yenə "Kazino" udur". Bəli , qalib "Kazeno"nun sahibi, ruletinin düyməsini əvvəldən barmağında saxlayan Böyük Britaniya olacaq və "cek-potu"da o qazanacaq. Qalanları isə özlərinə yeni , "qanlı sərgüzəştlər" axtarmağa başlayacaqlar.
Görünən odur ki, artıq qapılar bağlanıb, qatar isə çox uzağa gedib. Nə vaxt, harada dayanacağı isə nəməlum olaraq qalmaqdadlr.
Təəssüflər olsun ki, bu dəfə "qurban" Ukrayna oldu. Allah özü Ukraynaya və ukraynalılara yardımçı olsun...
Doğrudan da , "Özgə işığına ümid olan, sonda şamsız qalar" atalar sözü boş yerə deyilməyibmiş...