Lavrov təcili atəşin dayandırılmasına çağırdı
"Avroasiya təhlükəsizliyi" beynəlxalq konfransında çıxışı zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fələstin-İsrail münaqişəsi tərəflərini təcili atəşi dayandırmağa çağırıb.
"Rusiya, terror aktlarını qınamaqla yanaşı və digər beynəlxalq humanitar hüquqları və mülki əhaliyə zırər verən hərəkətlərə son qoyulması üçün təcili olaraq atəşin dayandırılmasına çağırır"-deyə rusiyalı diplomat bəyan edib.
Lavrov, həmçinin danışıülar masasına əyləşməyi və 75 il bundan əvvəl söz verilmiş müstəqil Fələstin dövlətinin yaradılmaslnı təklif edib.
Görəsən cənab Lavrov bu ağıllı məsləhətlərini illərdi Ukraynanın ərazilərini işğal edib, hazırda da Ukraynada iki ilə yaxındı qanlı müharibə aparan prezidrnti Vladimir Putinə niyə etmir. Yoxsa Rusiyanın Ukrayna ərazilərində törədiyi əmməllər beynəlxalq humanitar hüquq qaydalarını pozmur və ya yerli əhaliyə zərər vetmir?
Dünya ictimayyəti və beynəlxalq qurumlar illərdi Rusiyaya atəşi datandırmağı, qoşunlarını Ukrayna torpaqlarından çıxarmağı tələb edir, lakin Lavrovun təmsil etdiyi Rusiya bütün bunları qulaq ardına vurur.
Ataların sözü olmasın, "özünə omac ova bilməyənin, başqasına əriştə kəsməsi" nə dərəcədə düz hesab oluna bilər?
Yazarın digər yazarlar

Ümidlər özünü doğrultmur - Rüstəm Hacıyev yazır

Rusiya -Ukrayna danışıqları uğurla nəticələnə bilərmi?.. - Rüstəm Hacıyev yazır

İstanbul danışıqların başlanmasına hazırdır - Rüstəm Hacıyev yazır

Dünyanın diqqəti İstanbulda - Rüstəm Hacıyev yazır

Yollar İstanbula aparır... - Rüstəm Hacıyev yazır

"Rusiya və ABŞ prezidentləri ikitərəfli görüşə doğru irəliləyirlər"(mi)?.. - Rüstəm Hacıyev yazır

Tramp nala-mıxa vurur, nəticə yoxdur - Rüstəm Hacıyev yazır
