adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Polis intihar etmək istəyən şəxsi xilas etdi - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2333 | 2023-02-28 11:59

Son vaxtlar ölkəmizdə intihar hadisələrinin sayı xeyli çoxalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bir çox insanların həyat tərzinin ağırlığı, iqtisadi çətinlik və digər amillər onların psixoloji durumunu pozub. İradəsi möhkəm olan və özünə güvənən adamların çoxu ən çətin stresslər keçirəndə belə, özlərini idarə etməyi bacarırlar. Amma iradəcə zəif və psixoloji durumunda probelmi olan və çətinliklər məngənəsində sıxılan adamlar çıxış yolunu intiharda görürlər.

Müqəddəs kitabımız olan “Qurani-Kərim”də buyurulur ki, intihar ən böyük günahlardan biridir. Allahın verdiyi canı yalnız Allah ala bilər. Əgər kimsə həyatına qəsd etməklə intihar edirsə, o, çox böyük günah sahibidir.

Təbii ki, intihar hadisələrinin qarşısını heç də həmişə almaq mümkün olmayıb. Amma Azərbyacan polisi “Koroğlu” metrosunun yanındakı körpünün üstündə və eləcə də digər yüksəskliklərdə özlərinə qəsd etmək istəyən insanların həyatını xilas etməyi bacarıb. Bir sözlə, polisin gücü ilə neçə- neçə insanların həyatnı xilas etmək mümkün olub.

Bu yaxınlarda isə Yasamal rayonu ərazisindəki Moskva prospekti bina 75-in damında intihar etmək istəyən 1986-cı il təvəllüdlü Həsən Əliqulu oğlu Kərimovun həyatını polislər çətinliklə də olsa xilas etməyi bacarıblar. Belə ki. Həsən Kərimov ailə problem ilə əlaqədar olaraq, həmin binanın damına çıxıb və özünü yerə atmaq istəyib. Bu vaxt həmin ərazidə xidmət edən Çevik Polis Alayının 6-cı patrul bölüyünün əməkdaşı, polis baş leytenantı Hüseyn Qurbanlı bu anı diqqətdən qaçırmayıb. Polisin peşəkarlığı, çevikliyi və ekstrimal şəraitdə hadisəyə dərhal reaksiya verməsi öz müsbət nəticəsini göstərib. Belə ki, bir göz qırpımında Hüseyn Qurbanlı binanın damına qalxıb, intihar etmək istəyən Həsən Kərimovu şirin dilə tutub, onun psixoloji durumuna və çətin vəziyyətinə uyğun olaraq, daha bir orjinal metodla onunla danışığa girib. İlk dəqiqələrdə intihar etmək istəyən Həsən Kərimovu fikrindən daşındırmaq mümkün olmayıb. Amma yenə də H.Qurbanlı onun “boş damarını” tutub, psixoloji durumunu düzgün dəyərləndirib və Həsəni inandırmağa nail olub. 10 dəqiqəlik söhbət ərzində Həsən Kərimov fikrindən daşınıb. H.Qurbanlının və digər polis əməkdaşlarının köməkliyi ilə o, damdan düşürdülərək Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhfil verilib.

 

Həmin anları xatırlayan Hüseyn Qurbanlı bildirir ki, intihar etmək istəyən Həsən Kərimov çox mürəkkəb durumda idi. O, hər an damdan özünü yerə ata bilərdi. Mən də düşündüm ki, onunla söhbət etdiyim hər dəqiqə qızıl vaxtdır. Bir dəqiqə ləngimək, yaxud da onun əsəblərinə toxunmaq intiharın baş verməsi demək idi. Bütün bunları nəzərə alaraq, var qüvvəmlə çalışdım. Allaha şükürlər olsun ki, onun həyatını xilas etdim. Mən həmişə xalqıma, dövlətimə və prezidentimə sədaqətli olmuşam. Düşünmüşəm ki, əgər dövlət mənə bu vəzifəni etibar edibsə, mən də onu doğrultmalıyam.

Çevik Polis Alayının 6-cı Paturl Bölüyünün komandiri, polis polkovnik- leytenantı Azər Seyidov bildirir ki, hər səhər növbəni qəbul edəndə əməkdaşlarımızı təlimatlandırır, onlara tövsiyyə edirik ki, çətin vəziyyətdə olan vətəndaşlarımıza kömək etsinlər. Və dəfələrlə bölüyümüzün əməkdaşları sükan arxasında huşunu itirən sürücüyə, yolda özünü pis hiss edən insana və eləcə də psixloji durumu mürəkkəb olan adamlara lazımi köməklikləri göstərsinlər. Əlbəttə, polisin vəzifəsi ictimai asayişi qorumaq və cinayətkarlığa qarşı mübarizə aparmaqdır. Və eyni zamanda biz mürəkkəb durumda olan vətəndaşlarımızı da çətin vəziyyətdən xilas edib və onlara lazımi köməklik göstəririk. Mən bir daha sevinirəm ki, bölüyümüzdə bax belə Hüseyn Qurbanlı kimi vətənpərvər, peşəkar polis zabitləri var.

Azərbayacn polisi həmişə xalqımıza, dövlətimizə və millətimizə şərəflə xidmət edib. Onlar Azərbayacanın müstəqilliyi yolunda və eləcə də Birinci və İkinci Qarabağ savaşında çox böyük qəhrəmanlıqlar göstəriblər. Bu savaşda 100-lərlə Azərbyacan polisi şəhid olub, ondan da çox əməkdaşı yaralanıb. Bütün bunlar Azərbyacan polisinin dövlətə və vətinimizə nə qədər sədaqətli olduğunu göstərir. Bu gün də Azərbaycan polisi ictimai əsayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə var qüvvə və bacarığını əsirgəmir. Çünki onlar bu xalqın, bu millətin vətənpərvər övladlarıdır.

 

TƏQVİM / ARXİV