Potensial satqınlar - Fazil Mustafa yazır

FAZİL MUSTAFA
1590 | 2022-09-22 17:22

Dəyərli dostlar. İranın ölkəmizdə təxribat üçün nəzərdə tutulan onlarla fb, tik-tok və instaqram səhifəsi fəaliyyət göstərir. Bir çox səhifələrdə mənim çıxışlarım Qumda satqın azərbaycanlıların idarə etdiyi peşəkar aftafalar tərəfindən təhrif edilərək, yaxud da kollajlar və karrikaturalar formasında hazırlanaraq paylaşılır.

Bəzən də şəhid ailəlrinin hisslərinə toxunacaq vasitələrə də əl atırlar. Ermənilərin dostu olan bu İslam adına yamaq ünsürlərlə Vətənimiz və Dövlətimiz naminə mübarizəmiz onsuz da səngiməyəcək, ancaq ayıq-sayıq olmalıyıq, çox zaman cahil insanları tovlayıb öz paylaşdıqları təfrif olunmuş materialların altında təhqiramiz rəylər də yazdırırlar.

Bu səhifələrdə düşmənlə bir mövqedən çıxış edən milli cahillərimizi də hüquq-mühafizə orqanlarımız ciddi diqqətdə saxlamalıdır. Ancaq hər bir vətəndaşımız da erməni təhlükəsinə baxdığı kimi hər bir irançı təzahürə də eyni diqqətlə baxmalıdır. Burada düşmən mövqeyindən rəy yazanlara, bəyənənlərə əsgərimizə arxadan atəş açacaq potensial satqın kimi baxılmalıdır. Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər.

TƏQVİM / ARXİV