Ptezidenti istefaya göndəmək istəyirlər? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1346 | 2023-09-13 13:42

ABŞ Konqressinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti prezident Co Baydenin impiçmentinə səbəb ola biləcək araşdırmalara başlamağa çağırıb. Bu barədə ABC News məlumat yayıb.

Araşdırmslara nümayəndələr palatasınln üç komitə sədri, respublikaçılar Ceyms Komer, Cim Cordan və Ceyson Cmit rəhbərlik edəcəklər.

Baydenə qarşı irəli sürülən əsas ittiham, onun oğlu Xanterin və digər ailə üzvülərinin biznes əməllərindən guya xəbəri olmaması barədə ictimayətə yalan məlumat verməsidir.

Makkarti həmçinin bəyan edib ki, Baydenin ailə üzvüləri və onların biznes tərəfdaşları guya qondarma şirkətlər vasitəsiylə təxminən 20 milyon dollar mənimsəyiblər. Amerikan prezidentinə qarşı ittihamda prezidentin oğlunin da çalışdığı Burişma Ukrayna enerji şirkətinin adı keçir. Baydemin opponetləri hesab edirlər ki, guya prezidentin oğlu Kiyevi onların firmasında araşdırma aparan prokuror Viktor Şokini vəzifəsindən azad edilməsi üçün, təhdid edib.

Ağ Ev Makkartinon bəyənatına sərt reaksiya verib. Amerikan administrasiyasının nümayəndəsi İyen Sems bəyan edib ki, nümayəndələr palatasının respulikaçı fraksiyası uzun aylardır ki, Baydenin günahlandırılması üçün dəlillər axtarışındadır. Lakin heç nə tapa bilmirlər.

Semsin sözlərinə görə, Respublikaçılar partiyasının özlərinin şahidlərin və topladıqları sənədlərin heç birində Baydenin oğlu Xanterin biznes əlaqələri ilə bağlı hər hansı bir sübut yoxdur.

The New York Times qəzeti yazır ki, Nümayəndələr palatasının spikeri Makkarti daha əvvəl, səs çoxluğu qazana bilməyəcəklərindən ehtiyat edərək bu məsələni müzakirəyə çıxarmaq istəməyib. Hazırda da bir çox pespublikaçı deputatlar hesab edirlər ki, bu prosedurun keçirilməsi üçün kifayət qədər sənəd-sübut toplanmayıb.

Reuters agentliyi hesab edir ki, Baydeni prezident kürsüsündən düşürmək istəyi iflasa uğrayacaq. Çünki pespublikaçılar çoxluq təşkil etdikləri nümayəndələr palatasında istəklərinə nail olsalar da belə, digər paladada-Senatda azlıqda olmaları niyyətlərinə çatmalarına mane olacaq.

Əslində impiçment oyunları 2024-cü ildə keçiriləcək prezident seçkilərdə Baydenə qarşı aparılan təbliğat kompaniyası üçün nəzərdə tutulub. Hətta bunu respublikaçılar partiyasının ən radikal nümayəndələri də etiraf edirlər.

 

 

  • Sentyabr:
  • 6

TƏQVİM / ARXİV