İstedadlı qələm sahibi Nəriman Əbdülrəhmanlıbarədə söz demək mənim üçün həm şərəfli, həm də çətindir. Şərəflidir, ona görəki, 60 yaşın zirvəsində olan işıq adamı haqqında mən də ürək sözlərimi dilə gətirirəm.Çətindir, ona görə ki, bilmirəm bir məqalədə dərin söz ümmanının hansı səmtinəüz tutum, hansı sənət incilərini görüntüyə gətirim. Nə isə...
N.Əbdülrəhmanlı universiteti bitirdikdənsonra təyinatla Daşkəsən rayonuna getdi. Az müddətdə əxlaqi, düşüncəsi, ümidverən yazıları ilə könülləri fəth etsə də, bu dağlar qoynunda çox qalmaq istəmədi,ərənlər yurdu Qaraçöpə döndü. Bu qayıdış elə-belə gəliş deyildi, gələcəkdətarix yazacaq o gənc qəlbində elmin işığını, qələmində haqqın nurunu gətirmişdi.Vaxt itirmədən işə girişən Nəriman Qaraçöpün söz yatırını ipə-sapa düzdü,ağbirçəklərin dilindən süzülən layla və bayatıları qələmə aldı. Bir sözlə, buağır elin zəngin folklor incilərinin sədası "Bulaq”dan, ”Ozan”dan "SovetGürcüstanı” qəzetinin "Telli saz” səhifələrindəngəldi.
...Qonşuluqda bir evin təməlqoyma mərasimindəbu işıqlı gənclə - sonralar dost olacağım və özümdən xeyli kiçik sirdaşımaçevriləcək Nərimanla tanış oldum. Nəfəsindəki istilik, səsindəki həlimlik,davranışındakı nəzakət diqqətimi dərhal çəkdi. Qaynar gözlərindəki nur çox mətləblərdənxəbər verirdi. Heç şübhəsiz, bu tanışlıqtezliklə əməkdaşlığa çevrildi.
Onunla el-obanı qarış-qarış gəzdik, döymədiyimizqapı, soraqlamadığımız söz saxlancı qalmadı. Məqsədimiz xalqın yaddaşında yatan,saralıb-solmuş vərəqlərdə itib-batmaq təhlükəsi ilə üzləşən mənəvi sərvətlərimizitarixin yaddaşına həkk etmək idi. Təəssüf ki, ilk cəhdimiz uğursuz oldu.”Yazıçı” nəşriyyatına təqdim etdiyimiz "Qraçöpün el şairləri” adlı qovluq SSRİ-nin son nəfəsində itib-batdı. Buuğursuzluq bizi sarsitmadı, əksinə, indi qarşımızdakı hədəf daha böyük, dahamöhtəşəm idi. Qaraçöpün adət-ənənəsini, incəsənət və etnoqrafiyasını, bütövlükdəmədəniyyətini özündə əks etdirən toplu hazırlamaq istəyirdik. Şükürlər olsunki, bu mohtəşəm abidə 15 ildən sonra - 1996-cı ildə Qaraçöpün ziyalı oğlu İlhamQuliyevin xeyir-duası ilə inşa olundu.
Qaraçöpün böyük söz ustalarının səsiBorçalıdan, Göyçədən və digər oymaqlardan gəlirdi. Azman el sənətkarı AşıqMusanın dediyi tarixi sözlər indi də qulaqlarda nəsihətnamə kimi səslənir:
Dərdini söyləynəndərd bilən kəsə,
Özü anlayandı, nədeyə-deyər.
Sirrini verməynənhər müxənnətə,
Söyləyəryadlara, nə deyər-deyər.
Budur,Qaraçöpdə ağsaqqaların gənc nəslə verdiyi ən böyük nəsihət, etdiyi ən ülvi vəsiyyət.El müdrikliyinin rəmzinə çevrilən ustadın ümumtürk folklor meydanına vaxtındaçıxarılmaması Nərimanı bərk narahat edirdi. Nə yaxşı ki, bu gərgin anlarınhamısı müəyyən vaxtdan sonra arxada qaldı. İnsan sevgisinə, el-oba eşqinə köklənənQaraçöplü Aşıq Musanın "Musa eldən aralanmaz” kitabı 4 il sonra təkmilləşdirilmişvə əlavələr edilmiş variantı qaraçöplu iş adamı, xeyriyyəçi Alı Tanrıverdiyevinmaddi və mənəvi yardımı sayəsində məhz Nərimanın nəfis tərtibatı ilə işıq üzügördü. Həmin ildə bu qeyrətli, işgüzar eloğlumuzun təşkiltçılığı ilə aşığın anadan olmasının 125 illiyi Bakı şəhərindəAzərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub və digərziyalılarımızın iştirakı ilə təntənəli şəkildə qeyd edildi.
N.Əbdülrəhmanlının Gürcüstanda bu silsilədəngördüyü işlər bir deyil, on deyil, yüzlərlədir. Qaraçöpdə, Qarayazıda, Qabaldavə Borçalının bir çox el sənətkarlarının şair və aşıqlarının əsərləri onun tərtibində,redaktorluğu sayəsində işıq üzü görüb. Onlardan, ən azı, 20 kitaba ön sözyazmağı Nəriman mənə həvalə edib.
Sözümə şair-publisist Tofiq Abdinin birportret cizgisi ilə axar verirəm. ”Bu günədəbi mühitdə öz yaşıdları arasında Nərimanı əvəz edəcək bir ziyalını düşünəbilmirəm. Onun yazı yazmaq qabiliyyətini, ssenari çəkmək istedadını və tərcümələretmək ustalığını bir tərəfə qoyuram. Bu gün Nərimanın Gürcüstanda olan ziyalılaradostcasına kömək eləməkdə alternativi yoxdur”... Müəllifin müşahidəsi dəqiqvə doğrudur. Hazırda Bakıda yaşasa da, bir ayağı Gürcüstandadır. Mənim 4kitabımın tərtibçisi və redaktoru Nəriman olub. Əyalətdə yaşayanların çətinliklərini(çap olunmaq imkanlarını nəzərdə tuturam)nəzərə alsaq, onun təmənnasiz xidmətləri əvəzsizdir. Bununla yanaşı, həyatvə fəaliyyətimə ayna olan, gələcəyimə işıq salan "Ömrün müdriklik çağı” kitabınınmüəllifi də məhz Nərimandır. İstedadlı nasir qələminin nurundan süzülən bu əsərmənim və nəslim üçün çox əzizdir. Axı onun hər səhifəsində, hər sətrindəuşaqlıq, gənclik və ahıl çağlarımın nişanələri əbədiləşib. Nərimanısoydaşlarımız üçün gördüyü bu cür işləri toplasaq, bir kitaba sığışmaz.
N.Əbdülrəhmanlı Gürcüstandakı fəaliyyəti təkcəsoydaşlarımızla məhdudlaşmır. O, görkəmli gürcü ədibləri Otar Çiladze ("Bədiisözün siqləti”), Cabua Amirecibi ("Mənim tələsməyə yerim yoxdur”), İrakliAndronikov ("Onun söyləmək istədikləri”)və başqalarının portret cizgilərini sənətkarlıqla çəkib. Böyük gürcü rəssamıNiko Pirosmaninin həyat və yaradıcılığından bəhs edən "Ağ qızılgülün kölgəsində”məqaləsi sənətkarın faciəli taleyinə işiq salır. Azərbaycan sənətsevərləri görkəmligürcü rejissor və aktyorlarından Eldar Şengelaya, Sergey Paracanov, QoderziÇaxeli, Mamuka Kikaleyşvili haqqında maraqlı məlumatları məhz Nərimanınyazılarından almışlar. Onun gürcü yazıçılarından etdiyi tərcümələr ayrıca tədqiqatınobyektidir. Bu məqamda müəyyən faktları (az da olsa) dilə gətirməsək, onunGürcüstandakı saysız-hesabsız xidmətlərini məhdudlaşdırmış olardıq. İstedadlı qələmsahibinin fəaliyyət dairəsi təkcə Gürüstanla da məhdudlaşmır. Azərbaycandanadlayıb Türkiyəyə keçir. Orxan Pamukun "Mənim adım Qırmızı” romanı, Fərəh Pəhləvinin"Xatirələr” (Yıxılan rejimin və bitməyən eşqin hekayəti), "Bir kədərli qadın”(Dünya nəsrindən seçmələr), Novellalar vəHekayələr (Yapon novellası, Alman hekayələri, Latın Amerikası novellalrı) və skitabları onun yaradıcılıq üfüqlərinin genişliyindən xəbər verir.
N.Əbdulrəhmanlı beş cəbhədə - publisist,folklorçu, kinodramaturq, tərcüməçi, yazıçı kimi, qələm çalsa da, hər birinəciddi münasibəti ilə seçilən sözsahibidir. O, publisistik yaradıcılığa 1970-ci illərdən - tələbəlik illərindənbaşlayıb, bu günlərdə də davam etdirir. 30-dan çox qəzet və jurnallarla əməkdaşlıqedib. "Onun Adam və İşıq ünvanlıpublisistkasında istedad və peşəkarlıqla yanaşı, İnsana sevgi də özünü göstərir.Nərimanın publisistkasında özündə bütün insani keyfiyyətləri birləşdirən bütövbir Adam obrazı var və həmin obrazın doğmalığını oxucu daim hiss edir”. (SabirBəşirov)
1980-ci illərin sonu - 90-cı illərin əvvələrindəkinematoqrafa meyl edən Nəriman kinodramaturgiya və kinopublisistka sahəsində dəxeyli işlər gördü. Təkcə dördcildlik "Azərbaycan kino sənəti tarixi”monoqrafiyası (hələ də öz nəşrini gözləyir)dörd doktorluq dissertasiyası səviyyəsində tədqiqat əsəridir. Bütün bu məziyyətlərN.Əbdülrəhmanlının özünəməxsus cizgilərlə fərqlənən kinoşunas olduğunu da təsdiqedir.
N.Əbdülrəhmanlının yaradıcılığının biryönümünü də tərcümə ədəbiyyatı təşkil edir. Onun gürcü, türk və dünya ədəbiyyatıincilərindən etdiyi tərcümələr bədii yaradıcılığına yaxşı mənada üslub yenilikləribəxş etsə də, zərərli, yad ünsürlər gətirməyib. Çünki təəssübkeş qələmsahibinin içindəki milli düşüncə buna imkan verməyib.
Nəriman Əbdülrəhmanlı hazırda sözün Nəsrzirvəsində qərar tutub. Bu zirvəyə publisistikadan, kinoşunaslıqdan və bədii tərcümədənkeçib gəlib. Başqa sözlə, yaxşı nasirolmaq üçün o, bu mərhələdə tam bişib kamilləşib. Bədii nəsr meydanına gec gəlsədə, onun maraqlı hekayə, povest və romanları ədəbi tənqidin diqqətini artıq cəlbedir. Tənqidçi-alimlər Cavanşir Yusifli, Vaqif Yusifli, Nərgiz Cabbarlı, ədəbiyyatşunasalimlər Bədirxan Əhmədov, Əsgər Rəsulov, Rüstəm Kamal, ədəbiyyatşunaslar MehmanQaraxanoğlu, Zakir Məmməd, Şahbaz Şamıoğlu, yazıçı-publisist Əlabbas,şair-publisist Tofiq Abdin və b. qələm sahibləri N.Əbdülrəhmanlının bədii əsərlərininmözu, üslub, dil və obrazlar sistemini dəyərləndirərək, yaradıcılığının digərözünəməxsusluğunu qeyd ediblər. Məhsuldar ədəbiyyatşunas-alim Sabir Bəşirovun"Nəriman Əbdülrəhmanlı: İşıq adamı” (2010), gənc tədqiqatçı Yeqzar Cəfərlinin"Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” (2017) kitabları, hər şeydən əvvəl,qədirşunaslığın ifadəsi kimi dəyərləndirilməlidir. Bu istedadlı, məhsuldar qələmsahibinin gördüyü işlərin miqyasına nəzər salanda insan, həqiqətən, heyrətlənir.Ona görə heyrətlənir ki, münasib iş şəraiti olmadan, üstəlik, haqsızlıqlarlaüzləşə-üzləşə, iş yerini dəyişə-dəyişə, maddi sıxıntılar içərisində ədəbiyyat vəincəsənət məkanında bu qədər işlər görmək asan deyil. Hələ üzdə görünən işlərbir yana, müxtəlif sənət adamlarının portretlərindən, ressenziya və müsahibələrdənibarət 12 kitabı öz nəşrini gözləyir, onlarla tərcümə kitabı çapa hazırdır. Üstəlik,8 çəkilməmiş bədii və sənədli ssenariləri var.
Gördüyüm, şahidi olduğum faktlardan çıxış edərəkdeyə bilərəm ki, bütün bunların hamısı onun parlaq istedadından, öz sənətininmükəmməl ustası olmasından qaynaqlanır. Nərimanın yazı masasının üstündə hərhansı cızma-qaraya rast gəlməzsən. Əsərlərini öz içində bişirib, materialhalına gətirəndən sonra birnəfəsə, birbaşa yazır.
Bədii əsər yazsa da, "yazmağa əsl tədqiqat işi kimiyanaşır. Bu mənada, demək olar ki, Nərimanın öz modeli var” (Cavanşir Yusifli).Yəni o söz oynuna çıxmır, sözün epik miqyasına, sanbalına önəm verər-verəyazır. "Yalqız” romanını 25 günə, "Yolsuz” romanını 30günə tamamlayıb, "Könülelçisini” isə 45 gün ərzində yazıb. "Yolçu”, "Qurban” və "Taclı” kimi epik əsərləribir neçə ay ərzində başa gəlib. Əlbəttə ki, onun yazıya uzun aylar, hətta illərərzində hazırlaşdığını nəzərdən qaçırmaq olmaz. Bunu yalnız istedadlı adambacarar.
Bir haşiyə. Başqalarında işıq görmək və başqalarını işıqlıgörmək istəyini Nərimanın insani keyfiyyətləri kimi dəyərləndirmək olar. O, "işıq” məfhumunu bir çox kitab və məqalələrininsərlovhəsinə gətirib. "Bir ömrün işığı” (şair-ədəbiyyatşunas alim Xanəli Kərimli haqqında), "İşıqdan keçən adam” (şair publisist Nurafiz haqqında), "İşıqömrü” (Həsən bəy Ağayev haqqında), ”Qəlbinay işığı” (bəstəkar Qəmbər Hüseynlihaqqında), "İşığın rapsodiyası” (rəssamNailə Seyfi haqqında), "İşıqlı adamin işığı” (nasir, tərcuməçi Saday Budaqlı haqqında), "İşığın portreti” (yazıçı Fəxri Uğurlu haqqında).
Bənzərsiz nasir-publisist nə üçün işığa bu qədərisrarla müraciət edir. Yoxsa özü işıqlı adam olduğu üçünmü hamıda işıq axtarır? Burada təsadüfi heç nə yoxdur. Sadəcə olaraq, buyazıçının işıq fəlsəfəsindən qaynaqlanır, bir də ədəbi qəhrəmanlarının istəyindənirəli gəlir. Heç şübhəsiz, onun ədəbi-bədii sistemində yer alan ”işıq” sözü bir neçə mənada işlədilir.Axı bu işıqlı dünyada mənəvi işığa, psixoloji, fizioloji, etik işığa mohtac nəqədər insan var!
Nəriman həm də könül adamıdır, bu onuninsanlara xeyirxah münasibət bəsləməsində təzahür edir. Önəmlisi odur ki,bineyi-başdan öz qəlbini xeyirxahlığa öyrətməklə yanaşı, bu böyük əxlaqi vəzifəni,dostlara, tanışlara, xüsusilə, gənclərə aşılamağı da bacarıb. Yaxşı yadımdadır,"Qaraçöp” kitabı (1996) yenicə nəşr olunmuşdu. Həmin vaxt toplu birmənalıqarşılanmadı. Kitabın uğurlarını görməyib nöqsan axtaranlar da çox oldu. Tələbcılız və bəsit idi: çoxları özünü və nəslini orada – kitabın ön səhifələrindəgörmək istəyirdi. Ömründə bir məqalə müəllifi olmayanlar belə, kitab yazmaq,bizim "səhvlərimizi” düzəltmək xəyalınada düşdülər. Düzü, bu haqsız hücumlar mənə pis təsir edirdi. Doğrudanmı bu qədərqəbahət etmişik?! Görüşlərimizin birində Nəriman dedi: "Fikir eləmə, həmin kəsləröz pisliklərindən əl çəkmək istəmirlərsə, biz yaxşılığımızdan niyə imtina etməliyik.İndi həmin adamlardan birinin kitabını mən tərtib edəcəyəm, ön sözü də sənyazaqcasan. Belə də oldu. Kitab işıq üzü gördü. Bir məclisdə səslənən səmimietiraf Nərimanın mənəvi qələbəsi idi: "Heç inanmazdım ki, mənim də kitabım nəşroluna. Bu iki el balası (məni və Nərimanıgöstərərək) doğrudan da, xeyirxahlıq timsalı, yaxşılıq mücəssəməsidirlər”.
Belə xeyirxah əməllər möhkəm əqidəyə söykəndiyindənsabit və davamlıdır. Bu səpkili işləri onun fəaliyyətində dəfələrlə müşahidəetmişəm.
N.Əbdülrəhmanlı şərəf və ləyaqətini qoruyaninsandır. Nə qədər səmimi, sadə, kövrək olsa da, bir o qədər qürurlu, qətiyyətlivə inadkar xarakter yiyəsidir. Ən başlicası, heç kəsin ağır minnət yükünü götürmədi. Ona qarşı yönələn haqsızlıqvə çətinliklərə sinə gərərək (30 ildə 19iş yerini dəyişsə belə) zamanın sinağından uğurla çıxa bildi.
N.Əbdülrəhmanlının gənclərə örnək ola biləcəkbir xidmətini də dilə gətirmək istəyirəm. O, eyni zamanda etibarlı dostdur.Çalışır ki, dostların sırası etibarlı adamların hesabına daim genişlənsin. Sözdüşəndə onlar haqqında o qədər səmimi danışır ki, ilk tanışlığımda onların hərbiri ilə köhnə dostlar kimi görüşürəm. Ədəbiyyatşunas-alim, professor BədirxanƏhmədli, filosof, ədəbiyyatşunas-alim Sabir Bəşirov, şair-alim Xanəli Kərimli, şairNurafiz, riyaziyyatçı-alim Fəxri Hacıyev, yazıçı-publisist Əlabbas, şair RafiqHümbət dost sırasının əlvan ilmələridir.
Dəyərli qardaşım, artıq ömrün müdriklikçağındasan. İnanıram, bundan sonra da Tanrının bəxş etdiyi tükənməz güc, qüdrətsayəsində növbəti uğurlara da imza atacaqsan. Dostumuz, sevimli şairimiz ZəlimxanYaqubun məşhur misralarında deyildiyi kimi:
...Belə ucalasan,ucalanda da,
...Beləqocalasan qocalanda da.
1. Müstəqillikdövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə, II cild. Bakı, ”Elm və təhsil”, 2016, 1088 səh.
2. Sabir Bəşirov. Nəriman Əbdülrəhmanlı:İşıq Adamı. Ədəbi portret. Bakı, "Çinar-Çap” 2010, 261 səh.
3. YeqzarCəfərli. Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı. (monoqrafiya) Bakı,"Qanun” nəşriyyati, 2017, 120 səh.
4. NərimanƏbdülrəhmanlının hekayə, povest və romanları.
5. Nərimanhaqqında yazılmış elmi və publisittik məqalələr.
Fərhad XUBANLI,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru