"Qonaq sabunlu - sabunlu hamamda qaldısa, biabır olduq"-Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
4098 | 2023-08-01 17:12

Suyu bol ölkəyik, bir yanda Xəzərimiz, digər yanda ümumi uzunluğu 1515 km olan, Cənubi Qafqazınən böyük çayı olan Kürün 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Onu da deyim ki, müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Alazan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş...


Di gəl ki, ilimizin 12 ayı paytaxt Bakıda su qıtlığı yaşanır. Sudan cavabdeh olan qurumlar su qıtlığına çarə tapmaq əvəzinə fürsət düşən kimi suyun qiymətini qaldırırlar. Yəni , Bakının elə bir şəhəri, kəndi yoxdur ki, orda su qıtlığı yaşanmasın. Artıq Məşədi İbad demiş"bir nöyü adətkarda olmuşuq", sularımız 3 gün ard-arda kəsilməyəndə sevincimizin həddi-hüdudu olmur. Elə bilirik böyük bir xoşbəxtlik yaşayırıq.
Ramiz Rövşən demiş, neyləyək, ayrıca şəhərimiz yox.

O qədər olub ki, abonent hamamda sabunlu, qab-qacaq çirkli qalıb. Kimsə həyətyanı sahəsində əkdiyi 2 cüt, bir tək ağac susuzluqdan yanıb kül olub. Belə misallardan çox çəkmək olardı, lap çox...
Amma bu gün oxuduğum xəbər əlimi-qolumu boşaltdı. Deyirlər Bakıda bir "Boulevard Marriott" otel var. ""5 Ulduz" deyirlər. Yəni ən,ən, ən yüksək keyfiyyətlibir qonaq-qara evidi. Bu günlərdə Marriott Boulevard otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb.Bakıda keçiriləт FİDE Dünya Kubokunda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.
Qonaqlardan biri də amerikalı şahmatçı Hikaru Nakamuradır . ABŞda və dünyada çox məşhur bir simadır, ünlü idmançıdır. Deyirlər ki, Tvitterini milyonlarla insan izləyir. Həmin bu Nakamura gələn kimi bizi "2 qəpiklik" edib. Beləki, şahmatçı Bakıda qaldığı oteldə qarşılaşdığı problemlə bağlı Tvitter səhifəsində paylaşım edib:“Nəhayət FİDE Dünya Kuboku üçün Bakıdayam. Amma duşdan su gəlmir”.
Di , xəcalətli qaldıqmı?
İndi bizə neyniyirsiniz eliyin, onsuzda edirsiniz, qışda qazımızı kəsirsiniz, yayda suyumuzu!
Başınıza dönüm, day qonağa da yox dayna!Həm də ABŞ-dan gələn, suya "su" deməyən qonağa! Biabır olduq Allah eləsin, heç olmasa, suyu qurumuş duşun altında sabunlu qalmasın...

Əntiqə Rəşid

TƏQVİM / ARXİV