adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rusiya "La-Manş" boğazına gedib çıxa bilər- Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1202 | 2023-02-16 12:06

Qərb mətbuatında ənənəvi olaraq Ukraynada həlledici anın başladığı ilə bağlı məlumatlar yayılmaqdadır. Hərbi ekspertlər, elə jurnalistlər də, proqnoz vermək yarışına çıxıblar. Onların hansı proqnozları verməsindən, jurnalistlərin müharibəni hansı formada işıqlandırmasından asılı olmayaraq, qanlı müharibə qarşılıqlı itkilərlə davam etməkdədir.

Artıq dövlət başçıları kreslolarını tərk etmiş Merkel, Olland, Conson və Poraşenkodan sonra, Ukraynanın hazırki prezidenti Volodimir Zelensk də etiraf edir ki, Qərb və Ukrayna əvvəldən Minsk razılaşmasının müddəalarını yerinə yetirmək fikirində deyildilər.

Avropanı qarış-qarış gəzən Ukrayna prezidenti hamıdan daha çox silah göndərmələrini xahiş etməkdədir. Zelenski, artıq Qərb tərəfdaşlarından, onlara qırıcı təyyarələrin verilməsini istəyir. Lakin ona bildirirlər ki, təkcə Britaniyanın "Tayfun" qırıcı təyyarələrini idarə etməyi öyrənmək üçün üç il vaxt lazımdır.

Washington Post qəzeti, ABŞ-ın Ukraynaya rus ordusunun mövqeləri ilə bağlı kordinatları verməsi faktını təsdiq edib. Amerikan rəsmi nümayəndələri etiraf edirlər ki, HİMARS tipli sistemlər və yüksək dəqiqlikli silahlardan istifadə etmək Ştatların xüsusi mütəxəsislərin iştirakı olmadan mümkün deyildir.

Kollektiv Qərbin sputnik qruplaşmasının Ukraynaya yaxından köməyinin nəticələri göz qabağındadır. Əslində müharibənin ilk günlərində Rusiya ordusunun Ukrayna ordusundan qat-qat güclü olduğunu həm ABŞ, həm də NATO-ya üzv dövlətləri yaxşı bilirdi. Rusiya da məhz buna əmin olduğu üçün müharibənin bir neçə gün çəkəcəyini əminliklə inanırdı. Lakin babalarımız demiş, "sən saydığını say, gör fələk nə sayır".

ABŞ və Qərbin planları isə tamamilə başqa idi. Müharibədə mümkün qədər öz maraqlarını yerinə yetirmək. Buna görə də, onlar iki slavyan dövlərləri arasında müharibənin başlamasında maraqlı idilər. Burda məqsəd Ukraynanın və yaxud Rusiyanın qalib gələcəyi deyildi. Qərbi ukrayna xalqının taleyi ümumiyyətlə maraqlandırmırdı. Məqsəd mümkün qədər müharibənin vaxtını uzadıb, Rusiyanı çökdürmək idi ki, buna da hələ ki, qismən nail olmağı bacarırlar.

Cəbhədə isə vəziyyət getdikcə gərginləşir. KİV-lər, gah Ukrayna ordusunun hansısa yaşayış məntəqəsini geri aldığını, gah "Vaqner"in, gah "kadırovçuların", gah da, gerasimovçuların (hazlrda Rusiyanın Bsş Qərargah rəsi, cəbhə komandanı) "qəhrəmanlıq səhfələrini işıqlandırmaqdadılar. Hazırda uzun müddətdir ki, döyüşlər Ukraynanın Baxmud şəhəri ətrafında gedir. Baxmud şəhərinin əhəmiyyəti nədən ibarətdir ki, tərəflər bu ərazulərdə qanı su yerinə axıdırlar. Sən demə, "Putinin aşpazı" kimi tanınan "Vaqner" silahlı birləşmələrinin yaradıcısı və rəhbəri Yevgeni Priqojinin də dediyi kimi, "istənilən müharibənin əsas məqsədi ərazıni almaq deyil, düşmənin ordusunu məhv etməkdir. Ordu yoxdursa, şəpidlərini ayağına geyin, haranı istəyirsənsə, hara sənə lazımdırsa get al".

Priqojinin müharibənin bitməsilə bağlı verdiyi proqnozlarda maraq doğurur. "Putinin aşbazı" bildirir ki, "Donbassı almaq üçün ilyarım-iki il əziyyət çəkməli olacağıq, Dnepr sahillərinə getmək üçünsə üç il vaxt lazımdır". Daha sonra isə guya zarafatla, "Ia-Manş" boğazına gedib çıxmaq planlarımızda var. Əgər bütün ölkə qollarını çırmalayıb müharibə üçün çalışsalar, bu planı da həyata keçirə bilərik".

Əslində bu gedişlə bilmək olmaz. Sonu görünməyən müharibənin kimi daha çox çökdürəcəyini indidən proqnozlaşdırmaq o qədər də asan deyil. Bu müharibədə Rusiyadan da çox Avropa dövlətləri əziyyət çəkirlər. Ola bilər ki, nəticədə Rusiya yox, Avropa İttifaqı çöksün. Onda Priqojinin "La-Manş" zarafatı həqiqətə çevrilə bilər.

TƏQVİM / ARXİV