Səfər qələbəsi “Traktor”u çempionluğa yaxınlaşdırdı

1048 | 2025-04-25 23:48

Təbrizin “Traktor” klubu İran çempionatının XXII turundan təxirə salınmış oyunda səfərdə “Fulad” üzərində 2:1 hesablı qələbə qazanıb.

Adalet.az xəbər verir ki, Əhvaz şəhərində keçirilən oyunda ilk qolu 46-cı dəqiqədə "Traktor"un xorvatiyalı hücumçusu Domaqoy Drozdek vurub.

Qarşılaşma nəzərdə tutulandan xeyli çox davam edib. Oyunun 90+20-ci (!) dəqiqəsində meydan sahibləri bərabərlik qolunu vurub. 90+23-cü dəqiqədə isə Mehdi Hashemnejad “Traktor”u qələbəyə daşıyıb.

Vacib səfər qələbəsi Cənubi Azərbaycan klubunu çempionluğa bir qədər də yaxınlaşdırıb. Liderliyini möhkəmləndirən “Traktor” sona 3 tur qalmış 61 xalla ən yaxın rəqibi “Sepahan”ı 5 xal geridə qoyub.

Qeyd edək ki, “Traktor” tarixində heç vaxt İran çempionu ola bilməyib.

TƏQVİM / ARXİV