adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SEVGİMİZDƏ MÜŞFİQ  RUHU - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
432 | 2022-08-30 15:32

Mən onu hər gün salamlayıram

Poeziyamızın ən istəkli və unudulmaz təmsilçilərindən biri təbii ki, Müşfiqdir. Onun yaradıcılığı, onun ədəbiyyatımıza töhfələri danılmaz, həm də əvəzsizdir. Baxmayaraq ki, qısa bir ömür yaşadı, amma möhrünü bu ədəbiyyata vura bildi, özünü təsdiq onun bütün yaradıcılığının şah damarı oldu. Dillər əzbəri olan «Yenə o bağ olaydı», «Ana», «Sən onun eşqiylə, məhəbbətiylə» və sairə Müşfiq poeziyasının ən ətirli çiçəklərindəndir.

Bu gün «Hər şairin bir şeiri» ilə yola çıxanda Müşfiqin qapısını döydüm. Onun misraları ilə, onun söz çələngi və ruhu ilə pıçıldaşdım. Bir də gördüm ki, hər zaman ruhumun sarı siminə nəvazişlə toxunan Müşfiq yenə ürəyimi yerindən oynadır. Yenə məni qələmə, bilgisayara tərəf çəkir. Çünki onun sevgi nəğmələri birbaşa ürəyə işləyir. Təbii ki, ürək də yerindən oynayanda, onu havalandıranda sakitləşdirmək üçün bircə yol qalır. O da ürəyin səsinə qulaq asmaqdı. İndiki məqamda isə ürək deyir:

Çiçəklər məftunu bir bülbüləm ki,

Gözlərim bağçanın gülünə düşmüş.

Qəhrini çəkdiyim gülün surəti

Xəyalımın sakit gölünə düşmüş.

Həqiqətən də, sevgi insanı təkcə özü ilə yox, həm də yerlə, göylə, bəzən yaradanla da üz-üzə gətirir, həmsöhbət edir, lap asiliyə də aparıb çıxarır. Bunu yalnız yaşayanlar, sevənlər bilirlər. Bu mənada Müşfiqin təqdim etdiyim  dörd misrası özü-özlüyündə artıq bir səhnə yaradır, bir rəngarəng dünyanın mənzərəsi canlanır göz önündə. Mən özümü unudaraq qoşuluram Müşfiqə və pıçıldayıram:

Hər gün dizi üstə dua edəcəm,

Hər gün əl açacam onun önündə...

Onun dərgahına qalxıb yetəcəm –

Axır ki, ömrümün bəlli günündə!..

Hər zaman bəlli olan, amma etiraf edilməyən həqiqətlərin, bəlkə də ən birincisi, məhz sevgidi, onu demək təkcə cəsarət istəmir, həm də o  sevgiyə inam, inanc tələb edir. Məhz bu tələb gerçəkləşəndə nə vaxtı, nə zamanı, nə yeri nəzərə almadan ilk fürsətdə etirafa gedirsən. Ürəyin dilini üstələyir, onu bülbül kimi ötdürür... Bax, onda yenə qulaqlarımızda Müşfiqin şeiri səslənir. Könlümüzü oxşayan o səs də, o misralar da böyük sevginin özüdü:

Onunçün çırpınır qolum-qanadım,

Onu yerdə deyil, göydə aradım.

Gör nə bədbəxtəm ki, axırda adım

Xırda uşaqların dilinə düşmüş.

Görün, sevgi nə qədər pak, nə qədər müqəddəs və nə qədər də səmimidir. Müşfiq onu həm   dügöydə arayır, həm yerdə axtarır... onu tapmaq üçün qol-qanadını çırpır, hətta dillərə     düşməkdən də çəkinmir. Bəzən onu etiraf da edir. Bu da sevginin Böyüklük  diktəsidi.!  Amma Müşfiq də o böyüklüyün səviyyəsində olduğundan özünü əsl aşiq kimi hiss edir. Bunu o misraların yaratdığı aura, oxucuya etdiyi təsir birmənalı şəkildə ifadə edir. Mən də məhz həmin o oxuculardan biri kimi Müşfiqə səs verirəm:

Ovcumda gizlədib gözümün yaşın,

Nədənin soracam, çək! – dediyinin...

Tay yerdən qaldıra bilmirəm daşın –

Mənə Allahımın tək dediyinin...

Bəli, həyatımızın hər anı, ötən günlərimizin hər biri, gah bizdən asılı, gah da bizim xəbərimiz olmadan yaddaşa da yazılır, yaddaşdan da silinir,.. uğurlusu da olur, itirdiyimiz də... Baxmayaraq ki, bütün bunların hamısı ömür sayılır. Ömrün isə gözəlliyi və özəlliyi ürəyin və ruhun bir ahəngdə vurmasıdı, bir nöqtədə özünü tapmasıdı. Yenə, təkrar olsa da, vurğulayıram ki, Müşfiq həmin o nöqtədə özünü çox rahat hiss edir. Çünki o nöqtənin adı SEVGİDİ! İnsanın yolu da bitə bilər, qapı-pəncərəsi də bağlana bilər, hər gün və hər cür əzablarla da qarşılaşar. Amma bütün bunların önündə sınmamaq, əyilməmək üçün bir daxili güc lazımdı. O gücün də adı SEVGİDİ! Ona görə də Müşfiq yazır:

Orda-burda keçdi gənclik həyatım,

Hər yandan bağlandı rahi-nicatım,

Mənliyim, şərəfim, müqəddəratım

Bir dəli ceyranın əlinə düşmüş.

Sizin oxuduğunuz, mənim isə az qala su kimi içdiyim bu şeirin içərisində rahatlıq tapdığım qədər də həm də yenidən odlandım, alovlandım, yenidən Səni, bir də Allahı düşündüm...yenidən öz dünyamın, yəni Sənə və Allaha bəlli olan dünyanın gülünü, çiçəyini qoxladım, saralan yarpaqlarının xəşəminə baxıb kövrəldim. Təsəllim isə təbii ki, Allaha inamım və sənin varlığın oldu. O inamı məndə indiki anda təkrar qabardan da, önə çıxardan da Müşfiqin misralarından ürəyimə düşən od idi. Həmin odda yana-yana şeirimi belə tamamladım:

Sərəcəm ortaya qabar ürəyi,

Ad bitən dilimə bax, söyləyəcəm...

Sən etdin sevgini ruhun çörəyi –

Bax, indi, gör sənə mən neyləyəcəm!..

Yəqin ki, bu yazının sonuna qədər səbriniz çatdı və nə demək istədiyimi, nə yazdığımı oxuya bildiniz. Buna görə də hər birinizə təşəkkür edirəm. Amma ən böyük təşəkkür heç vaxt unudulmayacaq Müşfiqindir. Çünki onun ruhu da, şeiri də Azərbaycana, elə hər birimizə doğmadı. O doğmalıq da ömürə ömür qatır, sevgiyə sevgi. Ruhu şad olsun Müşfiqin!

Sevgimizdə Müşfiq ruhu

Mən onu hər gün salamlayıram

Poeziyamızın ən istəkli və unudulmaz təmsilçilərindən biri təbii ki, Müşfiqdir. Onun yaradıcılığı, onun ədəbiyyatımıza töhfələri danılmaz, həm də əvəzsizdir. Baxmayaraq ki, qısa bir ömür yaşadı, amma möhrünü bu ədəbiyyata vura bildi, özünü təsdiq onun bütün yaradıcılığının şah damarı oldu. İllər əzbəri olan «Yenə o bağ olaydı», «Ana», «Sən onun eşqiylə, məhəbbətiylə» və sairə Müşfiq poeziyasının ən ətirli çiçəklərindəndir.

Bu gün «Hər şairin bir şeiri» ilə yola çıxanda Müşfiqin qapısını döydüm. Onun misraları ilə, onun söz çələngi və ruhu ilə pıçıldaşdım. Bir də gördüm ki, hər zaman ruhumun sarı siminə nəvazişlə toxunan Müşfiq yenə ürəyimi yerindən oynadır. Yenə məni qələmə, bilgisayara tərəf çəkir. Çünki onun sevgi nəğmələri birbaşa ürəyə işləyir. Təbii ki, ürək də yerindən oynayanda, onu havalandıranda sakitləşdirmək üçün bircə yol qalır. O da ürəyin səsinə qulaq asmaqdı. İndiki məqamda isə ürək deyir:

Çiçəklər məftunu bir bülbüləm ki,

Gözlərim bağçanın gülünə düşmüş.

Qəhrini çəkdiyim gülün surəti

Xəyalımın sakit gölünə düşmüş.

Həqiqətən də, sevgi insanı təkcə özü ilə yox, həm də yerlə, göylə, bəzən yaradanla da üz-üzə gətirir, həmsöhbət edir, lap Asiliyə də aparıb çıxarır. Bunu yalnız yaşayanlar, sevənlər bilirlər. Bu mənada Müşfiqin təqdim etdiyi dörd misrası özü-özlüyündə artıq bir səhnə yaradır, bir rəngarəng dünyanın mənzərəsi canlanır göz önündə. Mən özümü unudaraq qoşuluram Müşfiqə və pıçıldayıram:

Hər gün dizi üstə dua edəcəm,

Hər gün əl açacam onun önündə...

Onun dərgahına qalxıb yetəcəm –

Axır ki, ömrümün bəlli günündə!..

Hər zaman bəlli olan, amma etiraf edilməyən həqiqətlərin, bəlkə də ən birincisi, məhz sevgidi, onu demək təkcə cəsarət istəmir, həm də o  sevgiyə inam, inanc tələb edir. Məhz bu tələb gerçəkləşəndə nə vaxtı, nə zamanı, nə yeri nəzərə almadan ilk fürsətdə etirafa gedirsən. Ürəyin dilini üstələyir, onu bülbül kimi ötdürür... Bax, onda yenə qulaqlarımızda Müşfiqin şeiri səslənir. Könlümüzü oxşayan o səs də, o misralar da böyük sevginin özüdü:

Onunçün çırpınır qolum-qanadım,

Onu yerdə deyil, göydə aradım.

Gör nə bədbəxtəm ki, axırda adım

Xırda uşaqların dilinə düşmüş.

Görün, sevgi nə qədər pak, nə qədər müqəddəs və nə qədər də səmimidir. Müşfiq onu həm göydə arayır, həm göydə axtarır... onu tapmaq üçün qol-qanadını çırpır, hətta dillərə düşməkdən də çəkinmir. Bəzən onu etiraf da edir. Bu da sevginin, böyüklüyünün diktəsidi. Amma Müşfiq də o böyüklüyün səviyyəsində olduğundan özünü əsl aşiq kimi hiss edir. Bunu o misraların yaratdığı aura, oxucuya etdiyi təsir birmənalı şəkildə ifadə edir. Mən də məhz həmin o oxuculardan biri kimi Müşfiqə səs verirəm:

Ovcumda gizlədib gözümün yaşın,

Nədənin soracam, çək! – dediyinin...

Tay yerdən qaldıra bilmirəm daşın –

Mənə Allahımın tək dediyinin...

Bəli, həyatımızın hər anı, ötən günlərimizin hər biri gah bizdən asılı, gah da bizim xəbərimiz olmadan yaddaşa da yazılır, yaddaşdan da silinir, uğurlu da olur, itirdiyimiz də. Baxmayaraq ki, bütün bunların hamısı ömür sayılır. Ömrün isə gözəlliyi və özəlliyi ürəyin və ruhun bir ahəngdə vurmasıdı, bir nöqtədə özünü tapmasıdı. Yenə təkrar olsa da vurğulayıram ki, Müşfiq həmin o nöqtədə özünü çox rahat hiss edir. Çünki o nöqtənin adı SEVGİDİ! İnsanın yolu da bitə bilər, qapı-pəncərəsi də bağlana bilər, hər gün və hər cür əzablarla da qarşılaşar. Amma bütün bunların önündə sınmamaq, əyilməmək üçün bir daxili güc lazımdı. O gücün də adı SEVGİDİ! Ona görə də Müşfiq yazır:

TƏQVİM / ARXİV