Xəbər verdiyimiz kimi,ötən gün Bakının Nəsimi rayonu ərazisində avtomobilin skuteri vurması nəticəsində 1 nəfər ölüb.
Adalet.az-ın məlumatına görə, qəza zamanı skuteri idarə edən Ülviyyə Əhmədova həyatını itirib.
Mərhum “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü idi. O, yelkən idman növü ilə məşğul olub və müxtəlif uğurlar qazanıb.