adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

 Uşaqlar yalan danışmırlar... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1277 | 2023-12-13 17:32

Bu fikri kim deyibsə, çox düz deyib. Çünki həqiqətən də  uşaqlar yalan demirlər. Və yalanı böyüklər danışırlar.

Bugünlər də kənd rayonlarımızın birindəki  orta məktəbdə  ibtidai  sinif müəllimini dərs dediyi sinifdə direktor ora gələrək  əlindəki bloknotla onun başına vurub, sonra da itələyib yerə yıxıb. Bu anı sinifdə olan şagirdlər də  görüblər. Onların bir neçəsi deyir ki, direktor müəlliməni bloknotla vurdu və itələdi.

Uşaqlar isə heç vaxt yalan danışmırlar və onlar gördüklərini deyirlər. İbtidai sinif müəlliməsi direktorun onu vurduğunu və təhqir etdiyini deyir. Müəllimə onu da bildirir ki, bir neçə gün əvvəl direktorla onun arasında mübahisə və münaqişə olub. Belə ki, iş günü olmayan vaxtı o direktorun telefon zənginə cavab verməyib və bundan əsəbləşən direktor  dərs zamanı sinif otağına gəlib, sonra danışdığımız hadisə baş verib.

Məktəbin direktoru isə deyir ki, mən onu vurmamışam, yanıma çağırmışam, o da  gəlməyib, əksinə intizam qaydalarını pozub. Baş vermiş hadisə ilə bağlî müəllimlərin iştirakı ilə akt tərtib olunub. Təbii ki, bu aktın nə dərəcə də ədalətli olub- olmamağını bir o mûəllimlər və bir də barəsində akt tərtib olunan müəllimə bilir. Bir də direktoru qoyub, əsl həqiqəti kim müdafiə edəcək? Aydındır ki, əksəriyyət direktoru müdafiə edəcək!

Amma əsl həqiqəti uşaqlar deyirlər, çümki onlar böyüklər kimə yalan danışmırlar. İndi həmin hadisə ilə bağlı  Regional Təhsil İdarəsi araşdırma aparır. Və eyni zamanda ibtidai sinif müəlliməsi polisə ərizə ilə müraciət edib. Heç şübhəsizbu araşdırmalardan sonra əsl həqiqət üzə cıxacaq, kimin haqlı, kimin də haqsız olması üzə çixacaq! Amma gəlin onunla razılaşaq ki, bəzi məktəb direktotları özlərini prokuror kimi aparır və düsünürlər ki, bütün müəllimlər onların qabağında dik durmalıdır! Amma nahaq yerə!

TƏQVİM / ARXİV