Hər an ölüm...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1325 | 2024-03-06 15:19

Bakının Yeni Günəşli yaşayış  sahəsinin " D" massivində, daha döğrusu  " Fatimeyi-zəhra" məscidinin iki addımlığında bir-birinə bitişik iki 16 mərtəbəli bina tikilir.

Artıq binanın 16-çı mərtəbəsi inşa olunur. Həmin iki bina tikildiyi ilk  gündən təhlükəsizlik qaydalarına əməl edilmir! Əgər həmin inşa olunan binanın yanında park salındığını xatırlatsaq , onda təhlükəsizlik qaydalarının  pozulmasının  hansı faciəyə yol aça biləcəyini təsəvvür  eləmək biri  o qədər də çətin  deyil. Küləkli havada bu təhlükə daha da  artır.

Çünki  yüksəklikdən hər  inşaat materialları yoldan keçən və parkda gəzən insanların  üstünə düşə bilər. Hələ Allah eləməmiş kran park tərəfə aşsa görün onda nə baş verər?  Bu yaxınlarda yuxarıdan düsən tikinti materialı park tərəfə düşüb.

Xoşbəxtlikdən həmin vaxtı   parkın o istiqamətində adam olmayıb. Parkda gəzən bir neçə insan həmin tikintiyə gedib və iş icraçısına narazılığını bildirib! Hər halda, tikintiyə nəzarət edən  qurumlar Mənzil Tikinti Kooperativinə bu qanun pozuntusunu xatırlatmalı və lazım  gələrsə, onları  inzibati məsuliyyətə cəlb etməlidir!

TƏQVİM / ARXİV