Bir zaman dünyada yaşıyandılar,
Qohumluq adını daşıyandılar,
İndisə uzaqdan baxıb,yandılar.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Yeni nəsil,yadlaşaraq yad olub,
Bir-birini yandıran bir od olub,
Qohumluqlar yalnız dildə,ad olub.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Nəsil parçalanıb,nəsil dağılıb,
Narahat kəslərin ruhu boğulub,
Bu nəsildən,yalnız bircə ad qalıb.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Bu dünyanı əbədilik sanırlar,
Öz səhvlərin gizlədirlər,danırlar,
Yaşamağın,həvəsiylə yanırlar.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Özgəsindən dost tutubdu özünə.
Məclisində qohum dəyməz gözünə,
Vaxt gələcək,o döyəcək dizinə.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Əvvəlkilər yığışardı,gələrdi,
Bir dərd olsa,həmin dərdi bölərdi.
Unudulub bu hal,neçə illərdi.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Bu nəsili parçalayıb,böldülər,
Bax bu halı,qəhrəmanlıq bildilər,
Bilməz-bilməz sonra deyib,güldülər.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Heç kəs bir-birini salmayır yada,
Yetişmir köməyə,yetişmir dada,
Doğma qohumunu,o verir bada.
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Bir gün haqq yoluna sən gələcəksən,
Özünə hirslənib,dillənəcəksən,
Peşmanlıq çəkərək,sən deyəcəksən,
Köçən insanların ruhu ağlayır,
Nəsildən köçənin çoxu ağlayır.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.