Artıq Asiya qitəsinin 3-cü ölkəsi eynicinsli nigahları qanuniləşdirib.
Adalet.az xəbər verir ki, Tailand çoxdan müzakirəyə çıxarılan eynicinsli nikahlar haqqında qərarı 18 iyun 2024-cü ildə qəbul edilsə də, bu ilin 22 yanvarında qüvvəyə minib.
CNN-in məlumatına görə, Tailandda 24 saat ərzində ölkədə 1448-dən çox belə nikah qeydə alınıb.
Taylanddan başqa Asiyada yalnız Nepal və Tayvan eynicinsli birlikləri tanıyır.
Qeyd edək ki, proses 2001-ci ildə ilk olaraq Avropada başlamış, Hollandiyada qanuniləşmişdi. Dərhal ikinci bu qanuna imza atan Belçika Federal parlamenti oldu və 2003-cü ilin iyunun 1-də qanun rəsmiləşdi. 2003-cü ilin 18 noyabrında ABŞ-ın Massaçusets ştatında eynicinsli nikahlara icazə verildi.
Massaçusets ştatından başlayan bu proses tezliklə ABŞ-ın digər ştatlarında da qanuniləşdi. Beləki, belə nikahlar əvvəl 50 ştatın 35-də, Kolumbiya Federal Mahalında və Quam ərazisində leqallaşdırılsa da. 2015-ci ildə bütün 50 ştatda eynicinslilərin nikahına icazə verildi. ABŞ-ın Ali Məhkəməsi eynicinsli nikahlara icazə vermək haqda qərar çıxardıqdan sonra proses daha da gücləndi.
Beləki, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Danimarka, Ekvador, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika, Niderland,
Yeni Zelandiya,Yunanıstan, Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıqda artıq bu qanun rəsmən tanınıb. Ən pisi isə odur ki, Eynicinslərin nigahı Avropadan, Cənubi və Şimali Amerika qitələrindən sonra Asiyaya da ayaq açıb. 2024-cü ildən etibarən Tailand da parlamentində bu nigahı müzakirəyə çıxartdı. Tayvan və Nepaldan sonra eynicinsli cütlüklərin evlənməsinə icazə verən üçüncü Asiya ölkəsi oldu. Yəni, Asiyada eynicinslilərin evliliyinə icazə verən ilk ölkə 2019-cu ildə Tayvan olub. Sonra, keçən il Nepal eynicinsli nikahları tanımaq qərarına gəldi. Hazırda rəsmi mənbələr bildirir ki, 34 ölkə artıq eynicinsli nigahları tanıyıb.
Oxucularımıza xatırladaq ki, Tailand Hind-Çin yarımadasında dövlətdir. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir.
Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir.Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır.
Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir. İstehsal, kənd təsərrüfatı və turizm ölkə iqtisadiyyatının aparıcı sektorlarıdır.Tailanda buddistlər ölkə əhalisinin 96 faizini təşkil edirlər. Ölkədə 14 min nəfər əhalisi heç bir dinə etiqad etmir.
Əntiqə Rəşid