Sənin neçə evin var?! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
155 | 2025-01-19 16:33

Bir dəfə çox imkanlı dostum mənimlə görüşəndə  soruşdu: - Sənin neçə evin var!  Sözün düzü onun bu sualından tutuldum.Dedim ki, düzün danışım, yoxsa...

 Əlbəttə, düzün desən , yaxşı olar.Mən də düzün dedim:- Əslinə qalanda  bir mənzilin var! O da Yeni Günəşlidə. Özü də o evi mən almamışam, ha! Ötən əsrin 80- çi illərində  həyat yoldaşım  Bakı Şəhər Kooperativ İdarəsindən alıb. Dostum bir anlıq fikrə getdi:- Mən də elə bilirəm, üç - dörd yerdə evin var. Axı varlı kişinin oğlusan, üstəlik də  35 ildir ki, yaxşı yerdə işləyirsən və görürəm ki, heç maşının da yoxdur,- dedi.  

Onun sualına  cavab olaraq" Atam varlı adam olub, amma Allaha and olsun ki, onun var- dövlətində  gözüm olmayıb. Hələ rəhmətlik atam mənə tələbə olanda ev almaq istəyirdi. Dedim ki, istəmirəm.Bunu yaxın qohumlarım və dostlarım yaxşı bilir və atamdan mənə qalan yeganə  var- dövlət iki metr uzunu, bir metr də eni olan Gəncə xalçasıdır.  Və bir də onun  verdiyi tərbiyə , mədəniyyətdir. Məncə, bundan  böyük var- dövlət ola bilməz?!   Cavabım dostuma ləzzət elədi! Sonra da dilləndi:- Halal olsun sənə, ata malına   arxayın olmamısan, elə buna görə də Faiq Oismətoğlu  olmusan. Hamı deyir ki, sən tələbəlik illərində  özünü elə sadə aparmısan ki, heç kim bilməyib ki, varlı kişinin oğlusan!      

Çox təəsüf ki, indi adamlara istedadına, savadına və əxlaqına görə, yox, maşınına, evinə, vəzifəsinə və puluna görə,  qiymət verirlər. Belə bir atalar sözü yadıma düşür:" Dəryaca  ağlın olsa, kasıb olsan gülərlər."  Kasıb danışanda  ağzından  qızıl tökülsə də, ona əhəmiyyət verməzlər, amma vəzifəli, pulu adam danışsa, ağzından zəhər tökülsə də, baldır  və kişinin oğlu qızıl xırdalayır  deyəcəklər!   İstənilən Xeyir- şərə gedəndə  sənin üst- başına və gəldiyin maşına  baxıb münasibət göstərirlər! Təəssüf, min təəssüf!!!  Əsas məsələ var- dövlət, vəzifə,  ev , maşın deyil.

Əsas məsələ istedad, savad, əxlaq, ədalət  və insanlıqdır!  O sadaladığım  mülklər bizim deyil, Allahındır.Və bizim olan yaxşı və pis əməllərimizdir.Və Tanrının yanına var- dövlətimizlə  yox, əməllərimizlə  gedəcəyik!   On evin olub, narahat yaşayana kimi, bir evin olub, rahat yaşamaq daha gözəldir! Allah-təala  Süleyman Peyğəmbərə həm Peyğəmbərlik, həm də  padşahlıq qismət eləmişdi. Üstəlik də ona 750 il ömür vermişdi. Süleyman Peyğəmbərə qalmayan dünya, görəsən, indi kimə qalacaq???

TƏQVİM / ARXİV