Texnoloji xürafat, özünü aldadan 44 min insan - Eminquey yazır

EMİNQUEY AKİF
1372 | 2023-08-24 15:33

 

Xürafatla insanların başını aldadaninsanlar var. İşləri yağ kimi gedir həmişə.

Bahalı ev, maşın, hər cür şərait.

Nə qədər ki cəhalət var, bazarları ölməz.

Cəhalət isə insan ömründən uzundur.

Xürafat deyəndə ağlınıza gələn ilk şey fal, cadu-filandırsa, heyf.

Yeni dövrün özünə uyğun xürafatları var. Məsələn, sosial şəbəkələr kimi.

Sadəcə mavi işarəni satmaqla "Meta" şirkəti bir gündə 660 milyon dollar pul qazanıb.

Təsəvvür edirsiniz? Bircə dənə məzmunsuz mavi işarə.

O mavi işarəni əvvəllər tanınmış adamlar ala bilirdi, bəlli mərhələlər var idi.

İndi aya 15 dollar ödə, ol geydirmə tanınmış.

Demək ki, gündə 44 min axmaq özünü aldadır.

Bəli, günə 44 min özünü aldadan insan...
 

TƏQVİM / ARXİV