Tramp Avropa İttifaqı ilə qarşıdurmaya gedir?.. -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
126 | 2025-02-03 09:18

Avropa İttifaqlnın adımın çəkilmədini istəməyən nümayəndəsi bəyan edib ki, Avropa İttifaqının ABŞ-ın avropa mallarına yeni rüsumlar tədbiq edəcəyi ilə bağlı məlumatı yoxdur. 

 "Hazırda, avropa məhsullarına əlavə rüsumların tədbiq olunması ilə bağlı hər hansı bir məlumatımız yoxdur. Aİ Vaşinqtonun Kanada, Meksika və Çin mallarına əlavə rüsumlar tədbiq etməsinə təəssüf edir"- deyə mənbə bildirib.

 Bildirilir ki, Brüssel ABŞ-la münasibətləri möhkəmləndirməyə hazırdır. Lakin, bununls ysnaşı əlavə tariflərin tədbiq olunmasına reaksiya verməyə də hazırdır.

 Kanada, Meksika və Çinlə bağlı Trampın verdiyi qərarları hardasa başa düşmək olar. ABŞ prezidenti əvvəldən də, bu ölkələrdən Birləşmiş Ştatlara gələn miqrant təhlükəsindən narahatlığını bəyan etmişdi. Lakin Trampın, həmişə müttəfiqləri saydıqları Avropa İttifaqı ölkələrinə qarşı sərt mövqe tutmağa hazırlaşması bir qədər təəcüb doğurur.

 Trampın bu addımı Avropa dövlətlərində ciddi təlaş yarafır və narazılıqlarla qarşılanır. Finlandiyanın baş naziri Petteri Orpo Yle agentliyinə müsahibəsində vəziyyətin çox ciddi olduğunu bəyan edib: "Biz artıq görürük ki, ABŞ prezidenti Donald Tramp özünün siyasi-ticarət sahəsində təhdidini necə həyata keçirir".

 Əvvəkki xələfi- Co Bayden Rusiya-Ukrayna müharibəsinin başlamasına rəvac verməklə Ukraynanı "zibilə" salmışdı, Donakd Teamp isə, indi bu işdə Baydenə ikiəlli dəstək verən Avropa dövlətlərini hədəfə alıb, onlardan da "intiqam" almağı qarşısına məqsəd qoyub. Tramp təbii ki, bunu "Əsas Amerikadı" proqramının həyata keçirilməsi kimi üələmə verməyə çslışsa da, əslində bunun belə olmadığını Avropa İttifaqında yaxşı başa düşürlər.

 Artıq gözlənilən təhlükələrin qarşısının alınması üçün Avropa dövlətləri bu mədələni bir yerdə- kordinə edilmiş şəkildə hərəkət etmək məcburiyyətindədirlər. Bacaracaqlarmı? Bunu zaman göstərər...

 

TƏQVİM / ARXİV