Tramp "Fantomas Elxan" kimi danışdı - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1275 | 2023-10-06 12:38

Ağdamda "Fantomas Elxan" kimi tanınan məhşur kriminal avtoritet vardı. 1990-cı illərin ortalarıydı, Qarabağda erməni separatçıları getdikcə qızışırdılar. Azərbaycanın o vaxtki rəhbərliyi hələ də rusun ağzına baxırdı, torpaqlarımızın müdafiəsi üçün demək olar ki, qətiyyətli addımlar atmaq niyyətində deyildi. Torpaqlarımızın müdafiəsi rəhmətlik Eldar Bağırovun rəhbərliyi ilə sadə xalqın yaratdığı özünümüdafiə dəstələrinin ümidinə qalmışdı. Vəziyyət getdikcə daha da gərginləşməkdəydi. Rəhmətlik "Fantomas" Elxanda həbsdən təzə azad olunmuşdu. Qərargahda oturmuşduq Elxan gəldi, hamımızla mehribancasına görüşdü və Eldara dedi ki, "mən Qarabağ məsələsini həll edı bilərəm". Eldar gülümsədi mənə göz vuraraq dedi ki, "o məsələlərə mənim müavinim Rüstəm bəy baxır, keçin otağa onunla danışın". 

Elxanın xətrini çox istəyirdim, ona görə onu sındırmadım, qoluna girib otağa keçdik. Dedim "eşidirəm qağa, təklifin nədi, Qarabağ məsələsini necə həll edə bilərik?" "Fantomas" Elxan dedi ki, "Çox asan, Corc Buşu, Marqaret Tetçeri və Qorbaçovu çağırın gəlsinlər Ağdama, gedək oturaq Familin pavliyonunda, yeyək-içək. Mən orda onlara başa salacam ki, qaqalar Qarabağ Azərbaycanındı, vsyo!!! Bunan da məsələ həll olunacaq"... 

İndi ABŞ-ın eks prezidrnti Donald Ttamp da bir müddət əvvəl Fox News-ə müsahibəsində bəyan edib ki, məni prezidrnt seçsələr, Ukrayna mühatibəsini 24 saata dayandıraram: "Mən Ukrayna prezidenti Vladimir Zelenskini və Rusiya prezidenti Vladimir Putini yaxşı tanıyıram. Mən Zelenskiuə deyəcəm ki, "artıq bəsdir, sən müqavilə bağlamalısan", bununla da müharibə 24 saata dayanar". 

Tramp qeyd edib ki, ABŞ-ın hazırki prezidenti Co Bayden dünya liderləri ilə danışıqlar  apara bilmir. "O, dünyada baş verən hadisələrdən bixəbərdi. Bu bizim ölkəmiz üçün ən təhlükəli tarixi andır"- deyə eks prezident vurğulayıb...

O vaxt rəhmətlik "Fantomas Elxanın" təklifini yerinə yetirə bilmədik. Buşu, Tetçeri və Qorbaçovu Familin pavlyonuna gətirə bilmədik. Ermənilərin qucağından düşməyən, Parisdə ermənilərdən aldıqları brilyant daşqaşları geri qaytarmaq istəməyən Raisa Maksimovna Mişanı Ağdama gəlməyə qoymadı.

İndi heç Familin pavlyonu da yoxdur, ermənilər bünövrəsini də söküb fars qardaşlarına satıblar... Heç Trampın da yenidən ABŞ prezidenti seçilmək imkanı inandırıcı görünmür. Amma həyatdı də nə bilmək olar, olmadı belə, oldu elə, amerkan xalqı da əhlikef şeydi, Donald müəllimi yenidən məzə üçün  ABŞ-ın prezidenti seçərlər. Gərək hər ehtimala qarşı yığışaq Ağdamda Familə bir restoran tikək ki, yüksək səviyyəli qonaqları "layiqicə" qarşılaya bilək. Yoxsa dünya ictimayyəti qarşısında  biabır olarıq. 

 

TƏQVİM / ARXİV