Tramp məxvi sənədləri açıqlaya bilərmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
852 | 2024-06-04 10:41

CNN telekanalına müsahibə verən Respublikaçılar partiyası milli komitəsinin həmsədri, Trampın xanımı Lara Tramp bəyan edib ki, məhkəmənin qərarından asılı olmayaraq Respublikaçılar partiyası noyabrda keçiriləcək ABŞ prezidentliyinə seçkilərdə eks prezident Donald Trampın namizədliyini irəli sürəcək.

"Biz Respublikaçılar partiyası adlndan Donald Trampın namizədliyini irəli sürəcəyik. Bu belə bir vaxtda mühüm əhəmiyyət kəsb edir"-deyə eks prezidentin xanımı bildirib.

Xatırladırıq ki, Birləşmiş Ştatların keçmiş prezidentə qarşı iş sənədlərinin saxtalaşdırılması ilə bağlı ittihama görə, iyul ayının 11-də Nyu-York məhkəməsinin hakimi Xuan Merçan hökm çıxarmslıdır. 

Respublikaçıların seçki proqramının icrasına iyulun 15-də start veriləcək. Lara Tramp qeyd edib ki, "Donald Trampa qarşı qərarı noyabrın 5-də amerikan vətındaşları verəcək".

Bu arada Donald Tramp son günlər səs-küylü bəyənatlarla çıxış etməkdədir. Belə ki, eks prezident seçiləcəyi təqdirdə, 2001-ci il terror aktl ilə bağlı məxvi sənədlərin üzərindən məxfiliyi qaldıracağına, məhrum prezident Con Kennedinin ölümü ilə bağlı məlumatları açıqlayacağına söz verib. Eks prezident bundan başqa, Fələstin müharibəsini bitirəcəyinə də əmin olduğunu bəyan edib. 

Beləliklə, ABŞ da bu günədək gönünməmiş president yaşana bilər. Cinayət məsuliyyətinə cəlb olunmuş birisi  prezident seçkilərində qalib gəlib prezident ola bilər.

 Bəs cinayət məsuliyyətinə cəkb olunmuş, barəsində hökm çıxarıkmış vətəndaş prezident seçkilərində iştirak edə bilərmi?

Bəli. 

Görünən odur ki, Respublikaçılar partiyası iyulun 15-dək Trampın namizədliyini irəli sürəcək. Əgər Tramp real həbs cəzası alarsa, onda vəziyyət mürəkkəbləşə bilər. Lakin onun əməlləri ağır cinayət sayımadığl üçün, həbs cəzası ssenarisi az ehtimal olunur. Çox güman ki, eks prezidentin cəzası ya cərimə, ya da hərəkətləri məhdudlaşdırılmaqla cərimə ola bilər.

 Tramp prezident seçilərsə, söz  verdiyi kimi Kennedinin ölümü və 11 sentyabr hadisələriylə bağlı sənədlərin açılmasına icazə verəcəkmi?

Təbii ki, bu inandırlcl deyil. Bunu yalnız seçkiqabağı populizm kimi qiymətləndirmək olar. Hələ 2016- cı il prezident seçkilərində də Tramp söz vermişdi ki, "amerikan donanmasını dünyanın ən nəhəng donanmasına çevirəcək, 300 yeni hərbi gəmi inşa edəcək" və s. Lakin o, verdiyi bu kimi populist vədlərin heç birini yerinə yetirmədi. İndi də, yarım əsrdən artıq bir zamanda təkcə amerikan xalqından deyil, bütün dünyadan gizli  saxlanılan Kennedinin ölümü ilə bağlı sənədlərin açılmasına, hələ qanı təzə -təzə qurumağa bsşlamış 11 sentyabr "terror" aktıyla bağlı sənədlərin açılmasına, bu işin əsas iştirakçıları olduğu güman edilən   "məxvi dövlət" heç bir halda imkan verməz. 

Bundan başqa,  Trampın vədlərinin yerinə yetirilməsi, hələ amerikan xüsusi xidmət orqanlarının bu işdə əlləri olmasını üzə çıxararsa, nələr baş verə bilər? amerikan xalqlnın dövlətə inamını laxlamazmı?. 11 sentyabr terror aktının sənədlərinin açılması, amerikanın dövlətinin təhlükəsizliyi ilə bağlı boşluqları da üzə çıxara bilər. 

Digər tətəfdən baxsaq, bu səs-küylü bəyənatlar, Trampla bağlı cinayət prossesini siyasi motivlərə bağlamaq imkanları da yarada bilər.  Belə bir fikir yarana bilər ki, məhkəmə izləmələri məhz bu sənıdlərin açılmasının qarşısını almaq üçün davam etdirilir. 

Maraqlıdlr ki, irəli sürülən bütün ittihamlar, məhkəmə qərarları, Co Bayden demokratlarınının gözləntilərinin əksinə olaraq, Trampın nüfuzunu və mövqeyini daha da gücləndirir. Əvvala, amerikan vətəndaşları, ölkədə miqrantların sayını artırmaqla mövqelərini gücləndirməyə çalışan respublikaçılardan çox yorulublar. Həmçinin ölkənin müsəlman əhalisinin böyük hissəsi də, İsrail-Fələstin müharibəsində, minlərlə günahsız müsəlmanların  qətlə yetirilməsinə dəstək verən hakim demokrat partiyaslndan üz çevirməyə başlaylblar. 

Tram isə hazırda, çox sevilməsə də, "iki çomaqdan ən naziyi" hesab oluna bilər. İkincisi də, vətəndaşlarıb əksəriyyəti Trampa qarşı irəli sürülən ittihamlara inanmır və onun siyasi motivlə aparıldığına əmindirlər...


 

TƏQVİM / ARXİV