Tramp Ukrayna müharibəsini dayandıra bilərmi? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
453 | 2024-11-07 13:21

Rusiya Federasiya şurasının  beynəlxalq əlaqələr üzrə sədr müavini Vladimir Cabbarov məsələyə münasibət bildirərkən deyib ki, Vaşinqtonun irəli sürdüyü təşəbbüs hələ Rusita tərəfindən mütləq icra olunacaq demək deyil. 

 Daha əvvəl The Wall Street Journalı  bildirmişdir ki, seçkilərdə qələbə qazanan  Donald Tramp, Ukrayna müharibəsinin bitməsi planlarını müzakirə edir. Trampın komandasın ilkin zamanda "münaqişənin dondurulmasını", demilitasita zonasının müəyyənləşdirilməsini, Ukraynanın 20 il NATO-ya daxil olmayacağlnı və s.  planlaşdırır. 

 "Amerikanların təklifini öyrənmək lazımdır. Hazırda 21-ci əsrdir və ABŞ-ın təklifləri ilə razılaşmaq, onu icra etmək kimi öhtəliyimiz yixdur. Hər bir ölkə, o cümlədən Rusiya, özünə hörmət  edən dövlətdir. Biz yalnız maraqlarımlza xidmət edən qərarları qəbul edə bilərik.  Biz  sülhün tərəfdarıyıq, lakin  20 il müddətunə münaqişənin dindurulması ilə razılaşa bilmərik. Biz istəmirik ki,  20 ildən sonra Ukrayna tərəfdən yeni eksseslərlə üzləşək"- deyə Cabbarov bəyan edib.

 Tramp, dəfələrlə bəyan edub ki, prezident seçilərsə, Rusiya -Ukrayna müharibəsini 24 saata, bir həftəyə, bir aya dayandıracaq. Təbii ki, həm  Rusiya, həm də Ukrayna tərəfləri ABŞ-ln yeni prezidentinin bəyənatını həddindın artıq optimist və yerinə yetirilməsinin mümkünsüz olduğunu bildiriblər. Çünki müharibənin datandırılması və sülh danışıqlarına başlanması üçün hər iki tərəf icrası mümkün olmayan şərtlər irəli sürürlər.

 Ukrayna tərəfinin şərtləri, rus ordusunun Krlm da daxil olmaqla işğal etdikləri Ukrayna ərazilərindən çıxarılması, Ukraynanın   ərazi bütövlüyünün bərpa olunmasından ibarətdir. Rusiya tərəfi isə əksinə, Krım da  daxil olmaqla işğal etdikləri vı artıq de-fakto "özəllışdirdikləri" Donbass, Luqansk, Xerson və Zaparojye vilayətlərinin Rusiyanın əraziləri kimi tanınmasını, Ukraynanın heç vaxt NATO-ya daxil olmayacağını bəyən etməsini tələb edir.

  Görünən  odur ki, hər iki tərəfin irəli sürdüyü şərtlərin qəbul olunması mümkünsüzdür. Yəni Tramp,  bu məsələni həll etmək üçün "B" planı üzırundə işləməlidir. 

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV