adalet.az header logo
  • Bakı -°C

"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff

96 | 2026-09-24 23:00
A- A+

TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda beynəlxalq ticarət üçün alternativ marşrut təmin edə bilər.

Adalet.az xəbər verir ki, bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff TRIPP-ə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

O cümlədən qeyd edib ki, layihənin reallaşdırılması ticarət marşrutlarını bir neçə həftə qısaltmağa, dünyanın müxtəlif regionlarını bir-biri ilə bağlamağa və qlobal ticarət sistemindəki mövcud "boğazları" yan keçməyə imkan verəcək.

"Hörmüz boğazı kimi dar keçidlər olduqda, malların daşınması üçün alternativ marşrutlara sahib olmaq xüsusilə vacibdir", — deyə Uitkoff vurğulayıb.

O, habelə TRIPP-in böyük həcmdə investisiyalar cəlb etmək iqtidarında olduğunu bəyan edib.

Uitkoffun sözlərinə görə, layihə Ermənistana təqdim edilərkən, orada layihənin ölkənin gələcəyinə potensial təsiri yüksək qiymətləndirilib.

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV