Türkiyədə etiraz aksiyaları zamanı 1879 nəfər saxlanılıb

355 | 2025-03-27 22:30

Martın 19-dan etibarən bu günə qədər Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 1879 nəfər saxlanılıb.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

O qeyd edib ki, onlardan 260 nəfəri həbs edilib, 468-i üzrə məhkəmə nəzarəti qərarları qəbul edilib.

"Onlardan 662-si üzrə araşdırmalar davam etdirilir. Onlardan 489-u azadlığa buraxılıb", - deyə Ə.Yerlikaya vurğulayıb.

TƏQVİM / ARXİV