Türkiyəli jurnalist İsmail Saymaz İstanbulda saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun verdiyi açıqlamada bildirilib ki, jurnalist Türkiyə Cümhuriyyətinin 61-ci Hökumətinin güc və zorakılıqla öz vəzifələrini yerinə yetirməsinə mane olmaq məqsədi daşıyan "Gezi Parkı" hadisələri kimi ictimaiyyətə məlum olan silsilə aksiyalara görə saxlanılıb.
Bildirilib ki, Gürcüstanda və Baltikyanı ölkələrdə Narıncı İnqilab, Ərəb ölkələrində Ərəb Baharı, Türkiyədə isə "Taksim Gezi Parkı" adı ilə tanınan hadisələr Sorosun vasitəsilə həyata keçirilib və ya təşviq edilib: "Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində İsmail Saymaz adlı şübhəlinin "Gezi Parkı" hadisələrində iştirakı ilə bağlı aparılan araşdırmalara görə tutulub".