Xalqımız bayram edir, TikTok açıldı! – Eminquey yazır

EMİNQUEY AKİF
1144 | 2023-10-31 17:25

Hamı bayağılıqdan, cahillikdən, zövqsüzlükdən və düşüklükdən narazıdır.

Hamı Üzeyir Hacıbəyovu dinləyir, hamı Dostoyevskini oxuyur, hamı Tarkovskinin filmlərinə baxır.

Hamı bütün günü elmlə maraqlanır, hamı bütün günü dünyanın gələcəyini düşünür.

Sosial şəbəkələrdə biri ayda 37 kitab oxuyur, digəri 43 filmə baxır, bir başqası da maarifçiliklə məşğuldur.

Amma...

Təkcə Baboşun yayımına 20 min adam baxır. Minimum 5 min götürsək, 50-60 yayımçını nəzərə alsaq, təkcə bu fenomenlərin yayımında şəhərin yarısı yatır.

Kimlərdir bu insanlar?

Nəhayət bu gün TİKTOK açıldı.

Üzdəniraq bazarı qızışacaq yenə.

Gündə bir fenomen!

Gündə bir zərbə!

Sağ olun, gedim bir savadlı adam tapım, canlısına "sizin kimi insanları niyə az adam izləyir? Axı siz lazımsınız bu ölkəyə" yazıb çərlədim, sonra qaçım Baboşun yayımına baxmağa...

TƏQVİM / ARXİV