Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Xızının prokuroru yol qəzasına düşüb.
Adalet.az xəbər verir ki, "Toyota” ilə “Niva” markalı avtomobil toqquşub.
"Toyota" markalı avtomobildə olan rayon prokuroru Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb.
Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti qənaetbəxş hesab olunur, müalicəsi davam etdirilir
Yazarın digər yazarlar

Ermənistan və Rusiya ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcək

Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib - FOTOLAR

Ağ Evin yeni sahibi pulların hesabatını istəyir... - Elxan Şükürlü yazır
