Xoşqədəm xanımın iti itib - Eminquey yazır

EMİNQUEY AKİF
1123 | 2023-12-11 19:28

Bir qız Xoşqədəmin verilişində “mikrıfın” demişdi, bir mağaza qızı gətirib ki, sən artıq fenomensən, gəl, bizim mağazadakı paltarları təriflə, axırda da bir dənə “mikrıfın” de, al bu da filan qədər manat hörmətin.

Bir başqa qız uşaqlarını sığınacağa verib özü də işləmək eşqinə düşüb. Adamı paylaşmayan tiktok səhifəsi yoxdur. Bu da gedib hansısa restoranda kabab yeyib həmin restoranı reklam edir. O, bu, digərləri - arta-arta gedir. 

Məşhurluq yeni dövrün epidemiyasına çevrilib. Ona görə ki, kökündə düşüklükdən, cahillikdən başqa bir şey dayanmayan köpük kimi qəfil və puç məşhurluğa tələbat var. Pul qazandırır, yaxşı gün-güzəran bəxş edir. Başına fırfıra kimi fırlanırlar. Adını da çörək qazanmaq qoyurlar.

Çörəyin bu qədər hörmətdən düşdüyü zaman olmayıb. Vallah olmayıb. İnsanların dərinliyində yox, dayazlığında boğulmaq dəhşətlidir. 

Bu arada, Xoşqədəm xanım öz verilişində elan verib ki, itim yoxa çıxıb, görən olsa, xəbər versin. Çox kədərləndim. Ümid edirəm ki, Xoşqədəm xanımın itini tapan adama verilişin komandasınsa yaxşı bir iş verərlər 

TƏQVİM / ARXİV