“Yaşa”- dedi - ƏBÜLFƏT MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
800 | 2023-02-24 12:34

Azərbayacnın ədəbiyyat camiyəsində öz sözü , öz yeri olan, mükəmməl qələm sahiblərindən biri də Əjdər Oldur. Bu gün onunla bağlı olansözümün əvvəlindən, ilk öncə Allah qapısın açsın deyirəm. Və keçirəm şair Əjdər Olun “Yaşa” adlanan kitabına…

Bəri başdan xatırladım ki, mən Əjdər Olun əksər kitablarının, mətbuatda dərc olunmuş yazılarının oxucusuyam. Onun kitablarının bir qismi avtoqrafla mənə bağışlanıb. Bir qismini də özüm əldə etmişəm. Bunu ona görə xatırladıram ki, erkən gənclik illərimdən tanıdığım və sonra da səmimi münasibətlər yarada bildiyim Əjdər Olun söz dünyası mənim ruhuma yaxın olub. Onu oxuyanda içimdə bir rahatlıq, fikirlərimdə bir aydınlıq yaranır. Ona görə də gözüm, bir çox qələm adamlarımız kimi, onun da imzasını axtarıb və bu gün də axtarır…

Kitab rəfimə göz yetirərkən “Yaşa” ilə qarşılaşdım. Bu ad əslində bir dua kimi, alqış kimi, istək kimi çəkdi məni özünə. Elə həmin o anın içərisində mənim də qəlbimdən ruhuma doğma olanlara Allahın eşidə biləcəyi bir duadiləmək istəyigəlib keçdi. Və kitabı götürməzdən öncə əllərimi göyə açıb, həmin duanı edib sonda dedim ki, YAŞA…
Bəli, söz adamı çəkəndə, onun könül rübabına toxunanda nə qədər istəsən də sakit dayana bilmirsən. Elə “Yaşa” da belə etdi, nməni sakit buraxmadı. Bu adın izinə düşüb bilmirəm neçəni dəfə başladım kitabı vərəqləməyə ... Oxuduğum şeirləri təkarar gözdən keçirməyə…


Hər şerin öz ovqatı, öz təsiri var!- Bu təbiidir. Çünki hər şerfərqli anın, fərqli duyğuların ifadəsidir. Məsələn:

Mən bir ürək quruluşu qurmuşam,
Canla- başla qulluğunda durmuşam.
Bir köhləni çox dişimə vurmuşam,
Məndən sözü yaxşı bilir ürəyin,
Ürəyimdir, sevən cıdır, ürəyim!


Bəli, bu nümənin özü hər birimizin sinəsində döyünən ürəyin hardasa bir cizgisini, bir hüceyrəsini, bir ovqatını poetikşəkildə yaddışımızda təzələyir və yenidən bizə xatırladır. Çünki ürəyin ən önəmli bir xüsusiyyəti də sözü yaxşı tutması, yaxşı hiss etməsi, yaxşı dəyərlərndirməsidir. Deməli, nə olur olsun biz o ürəyin orbitindəyik. Orada isə yerimiz səhv düşəndə, ürəyin haqqına girəndə biz də , ürək də ağrı çəkir, ağrı yaşayır. Ona görə də Əjdər Ol deyir ki,


Bəlkə də günahlar heç bizdə deyil,
Dəyişik düşmüşük o gəl-getdə biz.
Bəlkə mənim yerim Yer üstə deyil,
Uzaqda, özgə bir planetdədir.


Görürsünüzmü şair ürəyi nələrdən və necə bəhs edir !!!

Deməli ürəyin istəyi, diqtəsi hiss etdiyi və xəyalında daşıdığı,qurduğu məhz özgə planetdir. O planet ki, orda ürək özünü layiq olduğu yerdə görə bilir. Bax, bu mənada həyatımızn özündəki gerçəkliklərdən qaçmaq mümkün deyil. Doğrudur, bəzən biz bu gerçəkliyin yaradıcısına da çevrilirik. Daha doğrusu onu bu cür təqdim edirik. Və hər kəs də bizə qoşulub, o təqdimatı təkararlayır. Əgər xatırlayırsınızsa, unudulmaz şairimiz Nüsrət Kəsəmənlinin çiçəklərlə xüsüsi ilə bənövşə və qərənnfillə bağlı gözəl çox gözəl bir şeiryazmışdı. Onun “Yumul,bənövşəm, yumul” müraciəti, “İndi sevnlər üçün üçqərənfil dəbdədir” misraları zamanında sevənlərin dilinin əzbəri idi. Lakin “20 yanvar” faciəmiz qərənfilləri yas çiçəyinə çevirdi. Bax Əjdər Ol da ürəyinin pıçıldadığı “Yas çiçəyi” şeirini elə pıçıltı kimi də yazdı...

Bu şeirdə Əjdər Ol bir çiçəyin taleyinə acımaqla yanaşı həm də onun necə şərəfləndiyini də gözdən qaçırmadı. Və vurğuladıki,


Can bacı, qanlı yanvar bizlərə gör neylədi?!
Bakı qərənfilini yas çiçəyi elədi.


Və bunun ardınca Əjdər Ol poetik sözünün kulminasiya nöqtəsinə gəlib çıxır:


Şəhidlər sıra- sıra, qərənfillər də say- say
Şəhid qardaşlarım vay, şəhid qərənfilim vay.


Zənnimcə, burda başqa nəsə deməyə söz qalmır. Çünki Əjdər Ol şəhidliyin son mərtəbəsini, o zirvəni və ordakı ruhları ziyarət edənqərənfilləri yenidən bizim üçün təqdim edir. Bizim üçün sevilən çiçəyə çevirir.Axı qərənfillər ŞƏHİDLƏRİN ZİYARƏTİNDƏDİ!!!


Mən “Yaşa” barəsində bukiçik ovqat yazısını elə o kitabın adının təsir ilə bilgisayara diqtə etdim. Etməyə də bilməzdim. Çünki yaşamaq, yazmaq haqqı olanların qəlbindəki oxucu sevgisi bunu tələb edir.

Şair hər yerdə, hər mərtəbədə sözünün yanındadır. Mən də sözünün yanında olan Əjdər Ola Yaşa, yaz- yarat! -deyirəm.

TƏQVİM / ARXİV