24 saat bir həftə, indi də 100 gün..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
217 | 2025-01-09 12:10

ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bəyan edib ki, prezident Tramp, rusiya lideri Vladimir Putinə güzəştə getmək fikirində deyil.

 "İnsanlar başa düşməlidilər ki, o, Putinə və ruslara heç nə verməyə cəhd etmir"-deyə bəyan edən xüsusi elçi, əlavə edib ki, "Tramp Ukraynanı xilas etmək və suverenliyini saxlamaq niyyətindədir".

  Kelloq bununla yanışı bəyan edib ki, amerikan lideri,  Putin və Zelenskiylə görüşməyi planlaşdırır. Diplomat bu konteksdə hazırki prezident Co Baydeni qınayaraq, onun Putinlə danışıqlar aparmamaqda günahlandırıb: "Onlar iki ildən çoxdur ki, danışmırlar".

 "Mən başa düşürən ki, vaxt daralır. Mən  qarşıma profesonal səviyyədə məqsəd qoymaq istəyirəm. Gəlin münaqişənin həllində nəticələrin əldə olunması üçün 100 gün vaxt qoyaq"- deyə Kit Kelloq bildirib.

 Prezident seçkiləri ərəfəsində Rusiya-Ukrayna müharibəsini 24 saata dayandıracağını vəd edən Donald Tramp, indi münaqişənin yarım il ərzində bitirəcəyini bəyan edir. Yeni prezident Ukrayna müharibəsini Co Baydenin "fiaskosu" kimi qiymətləndirir: "Əgər mən prezident olsaydım, bu müharbənin başlamasına imkan verməzdim. Rusiyanın, Ukraynanın NATO-ya üzv olunmasını qəbul etməməsini başa düşürəm".

 24 saat, bir həftə, ində 100 gün, 6 ay... Belə-belə zaman gedir, şəhərlər, kəndlər, infrastrukturlar məhv olur, minlərlə insanlar həyatını itirir, tərəflər heç bir halda, ən azından atəşin dayandırılmaslna belə nail ola bilmirlər. 

 Rusiya lideri qeyd edir ki, Moskva ilkin şərtlər irəli sürülmədən Ukraynanın legitim şəxsləriylə, hətta legitimliyi təsdiq olunarsa, Zelenskiylə də danışıqlar apatmağa  hazırdır. Ukrayna prezidenti isə, danışıqlara başlanması üçün, rus qoşunlarlnın ölkə ərazisindən çıxarıkması şərtlərini irəli sürür. 

 Göründüyü kimi, münaqişə tərəflərinin iddialarından geri çəkilmək fikirində olmaması, ABŞ -ın yeni seçilmiş prezidentinə məsələnin tezliklə həll olunması yolunda ciddi maniələr yarsdacaq...

 

TƏQVİM / ARXİV