75 mindən çox abituriyent ərizəsini TƏSDİQLƏYİB

Fevralın 20-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.
Adalet.az xəbər verir ki, Modern.az-ın Dövlət İmtahan Mərkəzinin portalından əldə etdiyi məlumata görə, indiyədək 77 mindən çox abituriyent qeydiyyatdan keçib.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlərin 68 minə yaxın Azərbaycan bölməsi üzrə, 8 minə yaxın rus bölməsi üzrə qeydiyyatdan keçib (ümumilikdə 75 mindən çox).
11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 67 mindən çoxdur.
Elektron sənədlərin qəbulu 1 həftə sonra, martın 5-də başa çatır. Ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
