08 Aprel 2025 11:15
861
İDMAN

Haaland "Siti"dən ayrıla bilər

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland klubu tərk edə bilər.

Adalet.az xəbər verir ki, 24 yaşlı futbolçu klubunu dəyişmək imkanlarını nəzərdən keçirilir.

Qeyd edək ki, Haalandın "şəhərlilər"lə müqaviləsi 2034-cü ilin yayına qədərdir. Lakin futbolçu ayrılmaq qərarında qəti olsa, "Mançester Siti" onu saxlamaqda çətinlik çəkəcək.

PSJ və "Bavariya" Haalandla bağlı vəziyyəti izləyirlər.