Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Valideynlərini itirən uşaqların təhsil üzrə təminatları qaydası dəyişir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.
Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
