Sabah bu universitetlərdə dərslər onlayn KEÇİRİLƏCƏK

Azərbaycanda bir sıra universitetlərdə sabah dərslər onlayn formatda keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə universitetlər məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində bütün dərslər onlayn formatda baş tutacaq.
Buna səbəb kimi hava şəraitinin kəskinləşməsi göstərilib.
"Mövcud hava şəraiti ilə əlaqədar olaraq sabah UNEC-də bütün dərslər onlayn formatda keçiriləcək. Nəzərə almağınızı xahiş edirik", - Universitetin parlamışında bildirilib.
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
