Çantalar uşaqların belin əyib...

Vallah, mənim indiki uşaqlara lap yazığım gəlir. Çünki onların dərsə apardıqları çantalar o qədər ağır olur ki, bundan belələri əyilir. Bəzən o çantaları məktəbə gedərkən ya valideynləri, ya da babası- nənəsı götürür. Qar yağanda üçüncü sinifdə oxuyan bir uşaq çanta o qədər ağır idi ki, apara bilmirdi və ayağı sürüşüb yerə yıxıldı.
Yanındakı uşaqlar ona ayağa qaldırdı. Bu anı görəndən sonra o uşaqlar üçün mənim ürəyim ağrıdı. Axı bu uşaqlar, bir deyil, ona deyil və on minlərlə belə məktəbli var. Görəsən, niyə Elm və Təhsil Nazirliyi bu mövcud vəziyyətlə bağlı çıxış yolu tapmır. Axı bu barədə Milli Məclisdə də millət vəkilləri dəfələrlə məsələ qaldırıb, təkliflər veriblər. Təəssüf ki, heç nə dəyişməyib.Bəs nə vaxta qədər bu yazıq ibtidai sinif şagirdləri ağır çantaları bellərində daşımalı olacaqlar. O günü bir nənə nəvəsinin çantasını çox çətinliklə aparırdı.
Bu uşaqları kim qorumalıdır? Onların beli əyiləndən sonra heç əsgərliyə də gedə bilməyəcəklər. Bir çıxış yolu var: dərs yükünü azaltmaq, lazımsız dəftər- kitabları çıxarmaq! Bu isə Elm və Təhsil Nazirliyinin vəzifəsidir.Onlar öz vəzifələrini hamıdan yaxşı bilər və bu işləri də özləri icra etməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
