Sizi bilmirəm, amma mənim küləkli havalardan lap zəhləm gedir! Özü də bu külək Bakıda ola! Düzdü, bəstəkarlarımız küləyə gözəl bir mahnı da yazıblar:" Gedək üzü küləyə..." Bəlkə də cavan olanda o şair, o bəstəkar bu mahnını yazıb. Amma Bakının küləyin görsəydi, bu mahnını yazmazdı.
O günü Yeni Günəşlidə bir külək əsirdi ki, az qala adamı apara. Niyə uzağa gedirəm.Fatmeyi-Zəhra" məscidinin yanındakı avtobus dayanacağında ( orda küləkdən, yağışdan qorunmaq üçün dayanacaq inşa etməyiblər) bir yeniyetmə oğlan uşağını gülək yıxdı.Ona mənim dostum Məhəmməd qardaşımız kömək etdi və ayağa qaldırdı. O uşaq dedi ki, Yeni Günəşlidən Köhnə Günəşliyə getmək üçün hansı marşruta minməlidir. Məhəmməd də bildirdi ki, 104 və 20 nömrəli avtobus deyilən yerə gedir.
Küləkli havada belə dayanacaq şəraiti olmayan yerdə avtobusları gözləmək çox çətindir. Uşaq, qoca, xəstə adamlar üçün lap çətindir. Hələ görün, yağış, qar yağanda, şaxtalı və soyuq günlərdə burda avtobus gözləyən insanlar nə qədər çətinlik çəkirlər. Əgər həmin yerlərdə dayanacaq tikilmirsə, heç onda orda avtobuslar dayanmasa, yaxşıdı və əgər dayanırsa, birmənalı olaraq mütləq dayanacaqlar inşa edilməlidir. Təəssüf ki, edilmir.
Bunu isə Yerüstü Nəqliyyat Agentliyi həyata keçirməlidir! Metronun" Xalqlar dostluğu" stansiyasının yaxınlığındakı dayanacaq, eləcə də şəhərin küçələrində əksər yerlərində hər cür şərait olan dayanacaqlar tikilib. Hətta onların qapıları da var. Bax belə dayanacaqlar möhkəm küləklər əsən və soyuq olan Yeni Günəşlidə inşa edilməlidir.
Bəs bu işi kim görməlidir! Əlbəttə ki, Yerüstü Nəqliyyat Agentliyi! Tezliklə məlum qurum bu addımı atmalıdır. Əks- təqdirdə Yeni Günəşli camaatı küləkdə, soyuqda, qarda, yağışda çox əziyyət çəkməli olacaq!!!