ABŞ Kiyevə nüvə silahı verə bilər..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
381 | 2024-11-20 14:04

Böyük Britaniya güman edir ki, noyabr ayında ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında nüvə silahı ilə bağlı saziş bağlana bilər.

 Belə olan halda, ingilislər düşünürlər ki, əgər Zelenski həqiqətən də  nüvə silahı əldə edərsə, "Moskvanı bombalamaqla Rusiyanı təhdid edə bilər".

 Qərbin şər qüvvələri hələ ki, rəsmi olaraq təsdiq olunmayan feyk məlunatları yaymaqla Ukraynanı geri dönüşü olmayan növbəti tələyə sala bilərlər.

 Hərbi ekspert Nikolas Drammond hesab edir ki, Tramp Kiyevə nüvə silahı verə bilər: "Belə bir sazişin imzalanması çox məxvi və Ukraynanın gözlənilmədən güclənməsinə gətirib çıxarar". Hərbi ekspertin fikirincə, Zelenski daha sonra, artıq nüvə silahına malik olduğunu elan edərək, Rusiyanın hücumları davam edərsə Moskvanı bombalayacağı ilə hədələyə bilər. Drammond qeyd edir ki, "Tramp Kiyevə yalnız bir şərtlə- Ukrayna NATO-ya girməkdən imtina edəcəyinə söz verdiyi halda nüvə silahı verə bilər. Bu da, regionda sülh və güc balansını bərpa edə bilər".

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Böyük Britaniyanın yaydığı bu məlumat abstrakt məlumatdır. Çünki belə məlumatların yayılması, məsələnin diplomatik yolla həllinin üstündən xətt çəkilməsinə gətirib çıxararar.

  Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə uzaq məsafəli amerikan silahlarından zərbə endirməsinə icazə verməsi ilə bağlı son qərarının mürəkkəbi qurumadan, Ukrayna silahlı qüvvələri artıq ATACMS amerikan raketlərindən istifadə etməklə, Rusiyanın Bryansk vilayətinə hücumlar etməsi, onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmişdi. Qərbin müharibə şeytanları İndi daha irəli gedərək, belə təsdiq olunmamış xəbərlər yayması, Putini ən azından qabaqlayıcı tədbirlər görməyə və hətta taktiki nüvə silahlarından istifadə etməyə məcbur edə bilər. 

 Bu isə, üçüncü dünya nüharibəsinin başlaması və dünyanı böyük faciələrlə üzləşmək qarşısında qoymaq demək olar.

 

TƏQVİM / ARXİV