"Köləlik yarışmaları" - Aqşin Yenisey yazır

AQŞİN YENİSEY
1874 | 2023-10-07 11:46

"Gözəllik yarışması"nın tarixi köləlik dövrünə gedib çıxır.

Kölə sahibləri qadın kölələri ortalıqda gəzdirir, onların içindən ən gözəl olanlarını seçib ya özlərinə götürür, ya ən əziz adamına hədiyyə edir, ya da daha baha qiymətə satırdı.

Nizami Gəncəvinin Afaqı, Sultan Süleymanın Xürrəmi, Şirvanşahın Əmir Teymura apardığı doqquz kənizi belə kölə qadınlardan idi.

Zahiri gözəlliyi ilə seçilən kölə qadını xoşbəxt bir həyat gözləyirdi.

Şəhəri bürüyən bu süni gözəllik yarışması bumunun altında da gizli bir "kölə xoşbəxtliyi" instinkti olmamış deyil.

Məqsədini araşdırsan görərsən ki, bu gün keçirilən "Gözəllik yarışmaları" da, əslində, üzərinə estetik süs çəkilmiş "Köləlik yarışmaları"dır.

 

TƏQVİM / ARXİV