Uşaqları qorxaq böyütməyin...  - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2380 | 2024-07-24 11:22

Biz həmişə uşaqlarımızı dəcəllik edəndə  " Xoxan gəlir, həkim iynə vuracaq, polis tutub aparacaq"- deyib qorxuzmuşuq!

Bu sözlərdən qorxan da olub, qorxmayan da! Və çox uşaqları belə gözüqıpıq böyütmüşük, amma düz eləməmişik! Yaxın vaxtlarda  " Fatimeyi-zəhra" məscidinin  yanındakı parkda beş yaşında oğlan uşağı yaşıl otların üstündə gəzir, hətta gülləri, çiçəkləri  koldan qoparırdı.

Dostum və hər gün bir yerdə idman elədiyim Məhəmməd qardaşım da  yanımda idi.

Uşağı qorxutmaq üçün dedim:- Güllərin arasında ilan var, səni vurar!  

Uşaq:- Mən ilandan qorxmuram!  

Mən yenidən  dilləndim:-Şir səni parçalıyar!

Uşaq yenə soyuqqanlıqla:-Şirdən də qorxmuram!- deyib getmək istədi.

Bu dəfə onu fillə qorxutmaq istədim!

Onun cavabı isə çox təəccüblü oldu: - Filin belinə minib, at kimi çaparam, əgər məni yıxmaq istəsə, yumruqla boynundan  vurub, yerə yıxaram!!!

Sonra isə o uşaq bizdən aralanıb, daşın üstündə oturmuş on üç, on dörd yaşında olan bir oğlanın yanına getdi! Böyük uşaq onu qorxutmaq istəyəndə balaca bir- iki yumuruq və təpik atdı! Böyük uşaq  ondan qoxub çəkindi.

Dostum Məhəmməd müəllim dedi ki, bax uşağı belə böyüdərlər; qorxmaz və ürəkli!

Bunun dili olduğu kimi, dilçəyi də varmış!!! Bax, belə! O uşaq bizim yaddaşımızda bir iz  qoydu! Azərbaycan uşaqları şir kimi, pələng kimi böyüdülməlidir! Ki, düşmənin gözünü qırsınlar!!!

TƏQVİM / ARXİV