Yer üzünün nuru...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
784 | 2024-10-23 09:29

Yağış yağanda dünya, yer üzü, hava , su, torpaq, hətta iç dünyamız təmizlənib, durulur.

Ona da deyirlər ki, yağış yağanda edilən duaları Allah daha tez qəbul eləyir...  

Və Ramiz Rövşənin bu misraları yağışlı havada yadımıza düşür:    

"Qız barmaqlarından nazik, sentimental  bir yağış,

Piano  dilləritək  çalır küçələri.

Belə gündə pişiklər də həzinləşər,  

öpmək istər sərçələri..."  

Yağış həm də bir- birinə düşmən olan sərçə ilə pişiyi sevdirir...

Nə gözəl! Təki insanlar da belə nurlu, yağışlı havada kini- küdrəti atıb, özlərini sevə biləydilər!   Oktyabrın 21 və 22- də Bakıya ğörünməyən leysan yağış yağdı. Özü də bu leysan yağış çox nöqsanlarını üzə çıxardı.Ki, paytaxtımız belə havaya hazır deyilmiş. Əksər küçə və yolları su basdı, avtobuslar, avtomobillər yolda qaldı.Bir çox körpülərin altından maşınlar keçə bilmədilər! Bununla yanaşı, həyət evlərinə su doldu və şəhərin kanalizasiya sisteminin bir daha bərbad olduğu aydınlaşdı.  

Bir sözlə, bəzi xidmət sahələrinin dövlət və xalqı aldatdığı məlum oldu.İs o yerə çatdı ki,  Yeni Günəşli yaşayış sahəsinin "D" massivində oktyabrın 22- də səhər saat 9:30- da işıqlar söndü. Və üç saatdan sonra yandırıldı! Deməli, xidmət sahələrinin  yekə- yekə  verdikləri " biz qışa tam hazırıq" vədi yalanmış və sabun köpüyü  kimi bir şeymiş.Bəs Bakı Şəhər İcra Hakimiyyəti nə iş görür? Hər halda, tərifəlayiq bir iş yoxdur.

Belə çıxır ki, şəhərimizə leysan yağışlar çox yağsa, insanlar daha çətin anlar yaşayacaqlar. Yağış həm də nurdur! Və nur Bakıda yağanda  insanların sevinmək əvəzinə, qanları qaralır.Niyə??? Qoy, bu sualın açıqlamasını əlaqədar qurumlar versinlər!....

TƏQVİM / ARXİV