İrqlər haqqında maraqlı faktlar...
Dünyada irqlər haqqında ilk məlumatı adətən bir çoxlarımız orta məktəb illərində coğrafiya fənnindən əldə etmişik. İrqlər və irq mövzusu illərdir ki, bəşəriyyətin əsas mövzularındandır. Bəzən bir çox ölkələrdə tarixin müəyyən dönəmlərində irqi ayrı seçkilik və irqçiliklə bağlı savaşlar və gərginliklə baş verib. Lakin illər ötdükcə irqlərin hamısı eyni hüquqa malik olaraq həyatlarını yaşamağa davam edirlər. Hələ quldarlıq quruluşu zamanında xüsusilə də qaradərililərin ağır işlərdə, sırf kölə kimi işlədilməsi tarixin qara səhifələrindən sayıla bilər. Şükürlər olsun ki, müasir dövrümüzdə bir çox insan haqlarını müdafiə edən beynəlxalq təşkilatların və ümumi sivil insanlığın xidmətləri sayəsində irqçiliklə bağlı problemlər həllini tapıb. Ölkəmizdə də tolerant və bütün irqlərə hörmətlə yanaşmanın olması sevindirici haldır.
Bir az da irqlərə elmi və digər aspektlərdən baxmaq istərdim. Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən – nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir – birindən fərqlənən böyük insan qrupları irqlər adlanır. Demək olar ki, irqi müxtəliflik bütün canlılar arasında var. Bu əsasən insanlarla yanaşı, heyvanlar və bitkilər arasında da mövcuddur. Hər bir canlının növü olduğu kimi, həm də irqləri mövcuddur. Məlumdur ki, bütün canlılar müxtəlif materiklər üzrə bölünüb yaşayırlar. Məhz irqlər mühitə uyğun olaraq yaranır, formalaşır və inkişaf edir. Yəni hər bir canlı mövcud olduğu coğrafi ərazidə inkişaf etmiş və yaşamını təmin edib. Beləliklə hər bir canlı, öz coğrafi mühitini təmsil edir. Elmi araşdırmalar nəticəsində məlum olub ki, insanlarla yanaşı heyvanların və hətta bitkilərin də irqləri var. İnsan irqləri olan neqroidlər Afrika irqinin nümayəndələri Afrika materikində, Avropa insan irqlərinin nümayəndələri Avropada, Monqoloid insan irqlərinin nümayəndələri isə Asiya qitəsində yaşayıblar. Heyvan və bitki irqləri də yerləşdikləri coğrafi əraziyə uyğun şəkildə inkişaf edib.
Mühitin təsiri nəticəsində heyvanların, konkret olaraq inəklərin, atların, itlərin, toyuqların, o cümlədən su mühitində yaşayan canlıların delfinlərin, balıqların, o cümlədən bitki növlərinin müxtəlif irqləri elmə məlumdur. Çox maraqlı haldır ki, bəzi canlıların yumurtalarında da irqi müxtəliflik var. Yəni yumurtaların qara, yaşıl, sarı və digər rənglərdə olur. Bu irqi müxtəlifliyin yaranması isə bütün canlıların su mühitində yaranması və inkişafı ilə bağlıdır. Burda heç bir iqlim amilinin təsiri yoxdur. Məhz bunun nəticəsidir ki, uzun müddət insanlarla yanaşı, digər canlılar arasında da yaşadığı region nöqteyi nəzərindən heç bir ciddi dəyişiklik baş verməyib. Amma bu irqi nümayəndələrin zamanla lokal ərazilərdə qarışması nəticəsində yeni növ canlı nümayəndələri də meydana çıxmışdır. Daşıdıqları genetik xüsusiyyətlərinə görə irqlərin üstünlüyü deyilən bir amili də yaddan çıxarmamaq lazımdır. Məsələn, qarışıq insan irqlərinin nikahları zamanı, o cümlədən digər canlılar arasında döl artırma zamanı insan və digər canlı irqlərinin üstünlüyü meydana çıxır. Bu həm fizioloji cəhətdən özünü büruzə verir, həm də digər xüsusiyyətləri nöqteyi nəzərindən, boy, çəki və digər xüsusiyyətləri nöqteyi nəzərindən özünü əks etdirir.
Beləliklə də qarışıq irqlərin nikahından və döl artırmasından yaranan yeni nümayəndələrin mövcud olması son nəticədə hansısa yekun irqə çevrilir.
HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ
Digər Xəbərlər

"Azərsun" Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR

Dünyanı heyrətləndirən müəmmalı El Ojo adası: UNO-lar tikib?

DEYƏSƏN, PAŞİNYAN SİLOTKA YEYİB AĞILLANIB
