SON DƏQİQƏ:

BİR SAATDAN SONRA...

  70717   |  
Şriftin ölçüsü  
...Qarşıdakı avtobus dayanacağa yaxınlaşanda onu gözləmədən yerindən tərpəndi. Bir anlıq iki gözdən əlil olan həmin kişi duruxdu və əsəbi bir görkəm aldı. Sonra da əlini yelləyib bu sözləri dedi:
- Zalım oğlu zalım, elə bilir ki, pul verməyəcəyik. Başa düşmürlər ki, biz heç vaxt kiminsə yanında gözü kölgəli olan deyilik. Heç nə olmaz. Yəqin o biri avtobus gəlib dayanar və mən də minib işə gedərəm...
... O biri avtobus gəlib dayanacaqda saxladı və həmin gözdən əlil olan insan da avtobusa mindi. Salona girən kimi cavan oğlanlardan biri ayağa qalxdı və yer verdi. Həmin kişi də bu tərbiyəli və qanacaqlı gəncə minnətdarlıq elədi. Dedi Allah sənin kimi tərbiyəli uşaqları saxlasın! Kişi sürücüyə əvvəlki avtobus sürücüsü ilə bağlı gileyini elədi. Axı siz məni hamınız tanıyırsınız. Mən başa düşmədim, sizdən əvvəlki sürücü nə üçün maşını saxlamadı və məni də hövsələdən çıxardı.
Onu tanıyan sürücü dilləndi:
- Qardaş, biz hamımız səni tanıyırıq və həmişə də hörmətlə yanaşırıq. Görünür, vaxt azlığına görə, o avtobus səni gözləyə bilməyib çıxıb gedib.
Yenidən gözdən əlil olan orta yaşlı insan sakit halda bildirdi:
- Axı necə olur, bəzən heç sərnişin olmasa da hər hansı dayanacaqda 50 nömrəli avtobus beş-altı dəqiqə ləngiyir. Gözləyir ki, kimsə gələcək. Heç kim də gəlmir və sürücü təzədən maşını işə salıb yerindən tərpədir. Dünyanın işini bilmək olmur e, kiminin əvvəli, kiminin axırı. Bir də görürsən ki, lay divar kimi oğlan avtomobil qəzasına düşdü, ya gözünü itirdi, ya da iki ayağını. Elə bilmə ha, mən kiməsə qarğış eləyirəm. Allah eləməsin, bir taledi də yaşayıram. Və buna görə də Allahıma şükür eləyirəm. Allahıma şükür eləyirəm ki, ağlım başımdadı, yeriyə bilirəm. Bir çox sağlam adamlardan daha çevikəm...
... Həmin günü bir müddət özümə gələ bilmədim. Çünki gözdən əlilə və hər hansı fiziki qüsuruna görə insanlara yuxarıdan aşağı baxanları heç cürə bağışlamaq mümkün deyil. Axı kim zəmanət verə bilər ki, sabah hər hansı bir hadisə bizim başımıza gəlməyəcək.
Mən səhhətimlə əlaqədar olaraq tez-tez müalicə olunmaq üçün Əhmədlidə Əlillərin Bərpa Mərkəzinə gedirəm. Orda iki əli, iki ayağı olmayan insanları görürəm. Düzdür, onlar sağlamlıqlarını itiriblər. Amma bu insanların həyat eşqi, yaşamaq mübarizəsi əli-ayağı olanlardan yüz dəfə güclüdür. Bu insanlar o qədər nikbin və mübarizdir ki, bütün ağrıya, acıya, sıxıntıya üstün gələrək həyatda özlərinə çox yaxşı karyera qururlar və böyük hörmət qazanırlar.
Həmin o gözdən əlil kişinin həyat yoldaşı da gözdən əlildi. Adı da Venera xanımdır. Çox gözəl masajçıdı. Elə olub ki, bir dəfə də bizim qonşuya gəlmişdi və onu müalicə eləyirdi. Heç bir həkimin müalicə eləyə və sağalda bilmədiyi xəstəni masaj hesabına o həyata qaytardı. O vaxtdan da bu insanlarla salam əleyküm yaranıb. Onlardakı qürura, ləyaqətə, mənəvi toxluqa mən həmişə qibtə eləmişəm. Çox gözəl, tərbiyəli övladları da var. Adam var ki, varı, dövləti başından aşır, amma övlad sarıdan şikəstdi. Bunlar fiziki cəhətdən qüsurlu olsalar da, mənəvi cəhətdən ən sağlam insanlardılar.
Axı, bayaq deyirdim, Bərpa Mərkəzində ayağını itirmiş insanlarla tez-tez üzləşirəm. Həmişə də onlardan müsbət enerji və səmimiyyət hiss edirəm. Hiss edirəm ki, onlar ağrılarını, acılarını, sıxıntılarını heç kimlə bölüşmək istəmir. Hiss edirəm ki, onlar dünyanın ən varlı, ən zəngin adamlarıdılar. Bu adamların ürəyində bir damla paxıllıq, xəbislik ola bilməz. Çünki onların çöhrəsində həmişə nur görmüşəm, təbəssüm hiss eləmişəm. Çöhrəsində nur və təbəssüm olan insanlar isə heç vaxt kiməsə paxıllıq eləyən deyillər...
Böyük şair və mütəfəkkir Bəxtiyar Vahabzadənin iki misrası yadıma düşür:

Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladan gül, görüm...

Bu xəstə insanlar həyat onları ağladanda gülməyi bacarıblar. Ən çətin anda, ən mürəkkəb məqamda ayağa durmağı, dirçəlməyi, yaşamağı həyat yolu seçiblər. Bu həyat onlara zaman-zaman öz mükafatlarını da verib. İndi gəlin görək, biz bu vəziyyətə düşəndə ayağa qalxa biləcəyikmi? Sıxıntılı, kədərli və həyatla ölüm arasında olanda gülməyi bacaracağıqmı?! Suallar çoxdu. Cavablar isə o qədər də asan deyil. Ona görə də gəlin bu cür insanları sevək, qoruyaq, əzizləyək. Çünki bu, Allaha da xoş gedər və biz də özümüzə bir savab qazanmış olarıq. Axı heç birimizi bilmirik ki, bir saatdan sonra başımıza nələr gələcək?..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK