SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  113703   |  
Şriftin ölçüsü  

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                    ***


Aqşin Yenisey: "Yaponiyada oxuyan doktorumuz deyir ki, orada kitabxanalar səhər 8:00-da açılsa da tələbələr 6:30-dan növbə tutur qapıda. Əgər oxuyub, çox yox, şadlıq sarayının müdiri, yaxud ət alveri edən bir hacı qədər pullu, hörmətli olacağını bilsə, bizim gənclər, ümumiyyətlə, yatmaz! Elmə verilən o maaşın qarşılığında yapon gəncləri çox tənbəldi!”


                                                                  ***

Türkan Xəlilova: "Dost dediyiniz insan "kiməsə" görə sizin ona qarşı olan sədaqətinizi unudursa, ya siz axmaqsınız, yada o insan ADAM deyil.

Çox güman ki, siz axmaqsınız. Layiq olmayanlara güvənib dost demək ağıllı insanlara aid deyil”.


                                                                 ***

Kamran Əsədov: "Cəsarət qol gücündən deyil, ruh gücündən yaranır”.


                                                                 ***

Şəhanə Müşfiq: "Hələ də elə bilirəm ki, kimisə sevsəm, ona xəyanət etmiş olacam... Ona görə də ya özüm uzaq gəzirəm insanlardan, ya da insanları uzaq tuturam özümdən... Amma... Amma o ölüb, ölülər dirilməz ki...”


                                                                 ***

Kəramət Böyükçöl: "Qonşuda bir dükan var. Pulum olmayanda nisiyə şeylər alıram. Satıcı o qədər gözəl bir insandır ki, inanın, hətta pulum olanda da ondan nisiyə nəsə alıram. Mən həyatımda belə gözəl insan görməmişəm”.


                                                                 ***

Tural İsmayılov: "Kitab oxumayan, danışığı başdan-ayağa jarqon olan, küçə dilini yeri gəldi-gəlmədi bağıran, intellektuallıqdan daha çox mental barikadlara, beyinsizliyə önəm verən qadınlar çox miskin görünür”.


                                                                ***

Elşad Məmmədli: "Sultan:

- Ata, Azərbaycanda nə qədər şair var?

- ...

Bəlkə kömək edəsiniz, nə cavab verim mən? Axı hamı şairdi bizdə; birini dərd, birini kredit, birini romantika, birini araq şair edib. Hamı guppuldader.


                                                               ***

Vüqar Abdiyev: "Bir fikrin şaxələnib min olmasını sevə bilmədim. Əvvələ qayıtmaq olmur.

Metroda pəncərədən qonşu vaqonun sərnişinləri gözümə yadplanetlilər kimi görünür”.


                                                                ***

Gülgəz Nur: "Həyatın insana çəkdirdiyi ən böyük acı, etdiyi danılmaz haqsızlıq Onu qəlbinə, düşüncəsinə, iç dünyasına yad bir məzhəkənin baş qəhrəmanına çevirməyə məcbur etməsidir”.


                                                                ***

Yeganə Abdullayeva: "Çirkin doğula bilərsən və ya gözəl, hətta şikəst də.
Amma ikiüzlü doğula bilməzsən.
Bu sənin seçimindir... belələri çoxalır getdikcə...”


Sübhan Mahmudov


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK