adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Oktyabr 2016 11:47
98156
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                         ***

Nicat Dağlar: "Neməslərdən çox da qorxub eləməyin. Berlinə birinci azərbaycanlılar girib...”


                                                                        ***

Zeynəb Kazımova: ".. Bir var adamın özündə nəsə olsun, ruhən. içdən, mənən ... bir də var ki, baxırsan, imitasiyadır, imitasiya...”.


                                                                       ***

Vüsal Mamedov: "Azərbaycanda sekulyar düşüncəli insanlara, dünyəvi-elmi təfəkkürə malik şəxslərə, xüsusilə gənclərə dəstək olmaq lazımdır. Çünki onlar ölkəyə lazım olan, düzgün gələcəyə can atan insanlardırlar”.


                                                                      ***

Vüsalə Məmmədzadə: "Dəfələrlə yaşadığım həyat mənə sübut edir ki, bir insanın qəlbinin mənəviyyatının gözəlliyi onun oxuduğu kitablarla əlaqəli deyil, ruhunun böyüklüyü ilə bağlıdır... Ya Rəbbim, qəlbimizi, ruhumuzu böyük eylə, gözəlləşdir. Amin”.


                                                                      ***

Aynurə Asımqızı: "Həyat bəzi gözəl şansları sadəcə bir dəfə hədiyyə edir insana...”.


                                                                     ***

Əsəd Cahangir: "Mandatı, vəzifəsi, ordeni, medalı, pulu olmayan adamı azərbaycanlıların yazıçı kimi qəbul etməsi çətin məsələdir”.


                                                                      ***

Səbinə Paşayeva: "Əgər iki insanın biri-birinə qarşı sevgisi azalıb, hörmətsizlik görübsə, boşanması daha məqbuldur ki, nəinki bir evdə yaşaması. Sizcə cinayətlər elə durduq yerdə, mehriban ailələrdəmi olur? Xeyr! kin, nifrət yığılır-yığılır partlayır... Elə bəri başdan boşansa yaxşıdır”.


                                                                     ***

Ulucay Akif: "İnsanlar dərin böhran keçirməkdədir. Nəsə çatışmır, nəsə çatışmır. Ən xoşbəxt anımızda belə nəsə çatışmır. Hər şey mənasını itirir. Gözləyirik, gözləyirik. Bütün ömrümüz boyu, hamımız nəyisə gözləyirik. 90 yaşlı qocadan da soruşsanız, görəcəksiniz ki, o da gözləyir, ən azından ölümü”.


                                                                     ***

Aygün Əziz: "Hansısa məqamda həyatımızdan keçən, yaxşı-pis iz qoymuş hər kəsi görmək, onlarla danışmaq keçir könlümüzdən. İllərin nə alıb-verdiyini görmək, aramızdakı uçurumun dərinliyini ölçmək və ya indiki halımızın bir-birimizə daha uyğun olub olmadığını bilmək istəyirik. Çox zaman isə yenidən görüşəndə ayrılma səbəbimiz bizə daha da aydın olur. Nə qədər fərqli olduğumuza növbəti dəfə əmin oluruq. Böyümək, bəzən darıxdığımız insanların sayının artması ilə ölçülür. Darıxırsan, amma daha həyatında istəmirsən...”.


                                                                     ***

Nicat Etibar: "Məqsədyönlü şəkildə gəlib başın üstündə dayanan, qalxıb yer verəndə "oy durmayın, durmayın" deyib aktyorluq edən xalaya OSCAR verilməlidir, xəbərləri yoxdur”.


Sübhan Mahmudov