SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  100952   |  
Şriftin ölçüsü  

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Nigar İsfəndiyar: "Ömürlərini bir tikə aclığın arasına qoyub yedilər...”


                                                                      ***

Zeynəb Kazımova: "Çalış hamıya yaxşılıq et, yaxşılıq edə bilmirsənsə, pislik də etmə...”


                                                                       ***

Aygün Sadiq: "Hər mücadiləni O'nun iradəsinə güvənərək etdim. Salamat və sağlam oyandığım hər sabah üçün, aldığım rahat nəfəs üçün, göndərdiyi əvəzsiz hədiyyələr üçün O'na şükür edirəm...
Həmd olsun, əllərimi heç buraxmadı...”


                                                                        ***

Şərif Ağayar: "Sokrat küçəylə gedərkən diqqət çəkmək üçün cırıq-cındır paltar geyinmiş eqoist bir filosofla rastlaşır və ona deyir: "Libasının yırtığından özünə vurğunluğun görünür".


                                                                       ***

Şəfəq R. Mürsəlli: "Susduq, səbrimizi qoruduq, sayğımızı gözlədik, qırmadıq qırılsaq da, dedi ki, sevgi, insanlıq, dəyər bizim olsun, qalan şeylər sizin olsun...”


                                                                       ***

Vüsal Mamedov: "Bir rayon ol - məsələn, Ucar.
De ki: Duzum bitənə qədər sevəcəyəm səni”.


                                                                        ***

Kamran Əsədov: "Sinoptiklər məlumat verir ki, bu gündən etibarən qar yağacaq. Deməli, su soyuq olacaq. Manatımız daha üzə bilməz, üşüyər. Ona görə də, bu gündən ya tam batacaq, ya da çıxacaq quruya”.


                                                                        ***

Boran Xudayarov: "Hərdən keçmiş sevgilimi görürəm, maşını, işi, uşaqları, kefi də kök. Öz-özümə deyirəm: Məndən ayrıldığı üçün bəlkə də, bundan xoşbəxt qadın yoxdu dünyada.


                                                                         ***

Pərvin Abışova: "Güzgüdən baxan qızdan başqa heç kimə inanma”.


                                                                         ***

Valeh Bayramlı: "65 yaşında bir qadın çıxmış evlilik proqramına, "Mən səndən elektrik ala bilmədim" deyir. Yahu, sən nəfəs aldığına şükür et, elektrik o yana dursun. c.a.”.


Sübhan Mahmudov


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK