SON DƏQİQƏ:

DÜNYANIN ƏN GÜCLÜ POLİSİ

  69979   |  
Şriftin ölçüsü  

… Vətənin, dövlətin, xalqın və millətin ən ağır günündə silaha sarılıb düşmən qabağına çıxan, onunla döyüşən və hətta şəhid olan Azərbaycan polisinin iyulun 2-də peşə bayramıdır. Biz həmişə polisi ən çətin, ən ağır və ən mürəkkəb anlarda belə xalqın içində görmüşük. Biz görmüşük ki, ekstremal şəraitdə polis əməkdaşı həyatını təhlükə qarşısında qoyub hər hansı vətəndaşı ölümün pəncəsindən xilas edib! Biz görmüşük ki, Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılan, döyüşə atılan polis əməkdaşları olub! Biz görmüşük ki, anasını, atasını döyüşdə itirən uşağı ölümdən qorxmayan polis nəfəri xilas edib!..

…1990-cı ildən «Ədalət» qəzetində çalışıram. Elə həmin illərdən də bizim qəzetin Azərbaycan polisi ilə çox sıx əlaqəsi olub, onların həyat yolunu, döyüşünü, mübarizəsini, cinayətkarlığa qarşı mövqeyini və eyni zamanda ictimai asayişi qorumasını ön plana çəkmişik. Elə anlar olub ki, biz Azərbaycan polisi ilə Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında bir sənrgərdə olmuşuq. Döyüş bitənə qədər nələr yaşamışıq bir Allah bilir, bir də bizim o dostlar! Amma onlar heç vaxt demədilər ki, bəs biz vətən yolunda belə qəhrəmanlıq göstərmişik, döyüşmüşük, düşməni məhv etmişik. Çünki vətən yolunda döyüşən, vuruşan və eləcə də cinayətkarlığa qarşı mübarizə aparan və xalqı hər şeydən üstün tutan polis əməkdaşlarını bu millət, bu insanlar çox yaxşı tanıyırlar.

Ötən əsrin 90-cı illərin əvvəllərində tez-tez Füzuliyə, Cəbrayıla «qaynar nöqtəyə» gedirdim. Və onda da hələ indiki kimi Azərbaycan polisinin bir o qədər əlində ağır texnika və döyüş silahları yox idi. Amma onda da indiki kimi səngərdə vətənin keşiyini çəkən, döyüşə atılan oğlanların çox böyük ürəyi var idi. Onların qəlbində elə bir vətən sevgisi, xalq məhəbbəti döyünürdü ki, düşmənin ən güclü silahı o əqidəni, o amalı susdura bilməzdi. Cəbrayılda polis polkovniki, rəhmətlik Rəşid Məmmədov (onun başına ermənilər milyonlarla pul qoymuşdular və dəfələrlə mən Rəşid müəllimlə ən ağır döyüşlərdə iştirak eləmişdim. Elə səngərdə iki daşın arasında bir tikə çörək kəsmişdik, çay içmişdik – F.Q), Füzulidə polkovnik Binnət Məmmədov və onun silahdaşları ilə hər həftə döyüşdə olardıq. Bir həftə cəbhə xəttinə getməyəndə Binnət müəllim məni soruşardı və narahat olardı. Elə bilərdi ki, xəstələnmişəm. Amma Binnət müəllim yaxşı bilirdi ki, mənim ürəyim hər an onların yanındadı. Məngələnata yüksəkliyinin azad olunması anını heç vaxt unuda bilmirəm. Onda ermənilər Füzuli şəhərinin yaxınlığındakı bu yüksəkliyi ələ keçirmişdilər. Amma bir gecənin içində keçirilən əməliyyat nəticəsində həmin yüksəklik geri qaytarıldı və orda öz bayrağımız sancıldı.

Sevincindən uşaqlar bir-birini qucaqlayıb öpürdülər. Ağlayanlar da vardı. Axı bu yüksəkliyi azad edərkən şəhid də vermişdik. Allah onların məzarını nurla doldursun və ruhlarını şad eləsin!

Azərbaycan polisi ölkəmizin müstəqilliyi, azadlığı və bütövlüyü yolunda yüzlərdə şəhid verib. Nə qədər polis əməkdaşı güllə və qəlpə yaraları alıblar. Mənim bir dostum var. İndi təqaüddədir. O, Yol Patrul Xidməti Alayının 6-cı tağımında komandir müavini işləyirdi və polis kapitanı idi. Dövlət tədbiri keçirilərkən, hərəkətin təhlükəsizliyini təmin edən zaman «Kamaz» markalı maşın magistral yola çıxıb hərəkət eməyə başlayıb. Və bu vaxt polis kapitanı Arif Süleymanov özünü bu «Kamaz»ın altına atıb. Maşın onun ayağının üstündən keçib. Ancaq polis kapitanı maşını dayandıra bilib və hərəkətin təhlükəsizliyini təmin etməyi bacarıb. Onu xəstəxanaya aparıblar və ayağının birini amplutasiya ediblər. Göstərdiyi mərdliyə və şücaətə görə, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən «İgidliyə görə» medalı ilə təltif edilib. Bax, budur Azərbaycan polisinin prezidenti, dövləti, xalqı sevməyinin bariz nümunəsi! Bax, budur vətən və xalqa xidmətin ən yaxşı göstəricisi!

Bu gün Azərbaycan polisi general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə ölkəmizin müstəqilliyini, dövlətçiliyini çox yüksək səviyyədə qoruyur. Azərbaycan polisi ölkə prezidenti İlham Əliyevə və bu xalqa çox sədaqətlidir. Azərbaycan xalqının ən ağır, ən çətin günündə polis sinəsini güllənin qabağına verib, dövləti və dövlətçiliyi qoruyub. Hüquq-mühafizə orqanları arasında Azərbaycan polisi bütün dövrlərdə prezidentə və xalqa sədaqəti ilə seçilib. Onlar həm cinayətkarlığa qarşı mübarizə aparıblar, həm vətən torpağı uğrunda döyüşlərdə iştirak ediblər, həm də ictimai asayişi çox yüksək səviyyədə təmin etməyi bacarıblar.

İş elə gətirib ki, biz «Ədalət» qəzeti olaraq yol polisi ilə daha sıx əlaqə yaratmışıq. Yəni 1990-cı ildən hər həftə «Ədalət» qəzetində Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə keçirilən reydin nəticələri işıqlandırılır. Bu da ona xidmət edir ki, sürücülər və hərəkət iştirakçıları arasında maarifləndirmə işləri yüksək səviyyədə təşkil edilir. Bunun isə konkret nəticələri olur. Ən azından aparılan maarifləndirmə işləri hesabına yol-nəqliyyat hadisələri azalır, ölüm və xəsarətalma halları aşağı enir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, alay komandiri, polis polkovniki Balakişi Əhmədov, ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov, 1-ci tağımın komandiri polis mayoru Ürfət Şükürov, 3-cü tağımın komandiri, polis mayoru Mərdan Mehdiyev, 6-cı tağımın komandiri, polis mayoru Vüqar Əsgərov və başqaları sözün həqiqi mənasında Azəröaycan polisinin adını və şərəfini uca tutublar. Onlar çalışıblar ki, hərəkətin təhlükəsizliyini təmin etsinlər və hərəkət iştirakçıları mənzilbaşına sağ-salamat çatsınlar.

Qışın soyuğunda, yayın istisində yol polisi əməkdaşlarının hansı əziyyətlər çəkdiyinin şahidi olmuşuq. Ən azından ona görə ki, soyuq və isti günlərdə biz də həmin reydlərdə iştirak etmişik. Qəzaya düşmüş neçə-neçə insanın xilas edilməsində və onların operativ olaraq xəstəxanaya çatdırılmasında yol polsilərinin əvəzsiz rolu var.

Polis həmişə bu vətəni, bu torpağı, bu xalqı, bu milləti qoruyur. Bəs biz polis üçün nə etmişik? Biz bu sualı tez-tez özümüzə verəmliyik. Polis bizi qoruduğu kimi, biz də onları qorumalıyıq. Əgər bizə atılan güllənin qabağına polis sinəsini verirsə, bəs biz nəyi gözləməliyik? Heç olmasa sevgimizi, məhəbbətimizi, istəyimizi onlardan əsirgəməməliyik. Biri görür ki, hər hansı cinayətkar polisə müqavimət göstərir, durub bu hadisəyə kənardan tamaşaçı kimi baxır. Ən azından biz həmin anda polisin yanında olmalıyıq. Biri maşınla piyadanı vurub hadisə yerindən qaçır, onu görən adam polisə demir. Guya həmin maşının nömrəsini görən adam polisə desə, bu, «işverənlikdi». Bəs sabah, birisi gün o adam bizim bir qohumumuzu, yaxınımızı vurub qaçanda nə edəcəyik? Bax, onda yapışırıq polisin yaxasından ki, cinayətkarı tap çıxart üzə. Hansı ki, biz o cinayətkarı görürük, ancaq demək istəmirik.

Bu gün Azərbaycan polisi öz peşəkarlığına görə dünyanın ən güclü polisidir. Çünki ölkə prezidenti cənab İlham Əliyev Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi və gücləndirilməsi üçün çox böyük işlər görüb. Elə məhz Azərbaycan polisi də ölkə prezidentinin bu qayğı və diqqətini öz əməli işi, peşəkarlığı ilə təsdiqləyir.

Bu əziz peşə bayramı günündə bütün Azərbaycan polisini, başda onun rəhbəri polis general-polkovnik Ramil Usubov olmaqla bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik. Və deyirik ki, doğurdan da mənim polisim məni qoruyur! Əlbəttə, Azərbaycan dövlətini, prezidentini, xalqını qoruyan Azərbaycan polisi həmişə belə qürurlu, güclü və qüdrətli olacaqdır. Çünki Azərbaycan polisinə son dərəcə prezidentə və dövlətçiliyə sədaqətlə xidmət edən yüksək mədəniyyət sahibi, polis general-polkovniki Ramil Usubov rəhbərlik edir.

Təbii ki, Azərbaycan polisi bundan sonra da öz ənənələrini davam etdirəcək, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir. Biz bir daha fürsətdən istifadə edib 2 iyul - Azərbaycan polisin peşə bayramı münasibəti ilə onun generalından tutmuş sıravi heyətinə qədər hamısını təbrik edir, onlara uzun ömür, can sağlığı arzu edirik. Qoy Ulu Tanrı həmişə Azərbaycan polisini qorusun!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK