SON DƏQİQƏ:

Şəhidliklərə şahid olan Ucubiz dağına

  20162   |  
Şriftin ölçüsü  

Aristotel deyirdi ki, ölümsüz olmaq istəyiriksə "Ölümsüzlüyə yaxın yerlərdə yaşamalıyıq”.

İlkin getdikdən sonra Rəhilə ananın gecələri xeyrə qalmır, Ucubiz dağı, yuxusuz sabahları xeyrə açılmır... gözləri iki yanaşı çeşməyə dönüb, qurumaq bilmir. İlkinini yuxuda əzizləyir, oxşayır, boyunu sevir, layla deyir, oyandıqda bunun röya olduğunu anlayır, yuxusuna ağıyla davam edir. Daha yata bilərmi ana, gözünə yuxu gedərmi? Az əvvəl qucağında olan, qoxusunu aldığı, şəvə saçlarını sığalladığı oğlunu istəyir ana... elə istəyir ki, səhrada dodaqları susuzluqdan cadarlanmış, suya təşnə kimi...

Oğlunun hər yuxusuna gəlişiylə yarası təzələnir ananın, bala həsrəti içini qovurur, yandırıb-yaxır...

Ucubiz dağı, nələr gördün, nələr duydun, nələrin şahidisən, mənimlə paylaş! Sinəndə gəzən o ər oğulların köksünə dağ boyda – özün boyda qürur ola bildinmi?..

Sənin yüksəkliyindən Vətənin geridə qalan, imdad diləyən hissəsini seyr edərək onu qorumaq üçün and içən, sinələrini sipər edən, səni özlərinə arxa seçən oğullara sipər ola bildinmi? Axı, dağdan arxası olanın, daşdan ürəyi olar.

Düşmənin sinəsinə dağ çəkərək əzəli-əbədi torpaqlarımızı geri almağa çalışan nər igidlərin qanı sinənə axarkən onlara ağı deyə bildinmi? İlkin alnından vurulub sinənə sığınarkən, əbədiyyətə, şəhidlik zirvəsinə yol aldığını anlarkən ona toxdaqlıq verə bildinmi, Ucubiz dağı?

Yoxsa, o itkilərə sən də dözə bilmirsən, ondan başın belə ağarıb?!.

Dağlar, ağ başlı dağlar,

Gözləri yaşlı dağlar,

Yalvarıram, düz déyin,

Sizdən kim aşdı dağlar?


Bu dağlar ġoşa dağlar,

Vérib baş-başa dağlar,

İgidlər səndə gəzib,

Səni yüz yaşa dağlar.


Éləmi nâşı dağlar,

Sinəmin başı ağlar,

Burda bir qərib ölüb,

Ocağın daşı ağlar...


Niyə qoruya bilmədin igidləri, Ucubiz dağı? İlkinə niyə söz eşitdirə bilmədin? Dinləmədi səni, deyilmi? Sənə əyilməyərək, qayalarının arxasında gizlənməyərək düz düşmənin üstünəmi şığıdı? Gəbərtdiyi çoxlu sayda erməni dığalarının qisasını almaq üçün onu çoxdan izləyən düşmən snayperinin onu nişan aldığını ağlından keçirmədi. Çünki canını unutmuşdu, çünki geridə qalanların ümidi olduğunu dərk edirdi. Çünki canını düşünməsi Vətəni düşünməyə mane ola bilərdi. Bilirsənmi niyə sənə əyilmədi, çünki cüssələri səninki qədər olmasa da, o igidlərin hər birinin ürəyi səndən də böyükdü! Çünki arxalarında Vətəni, ayaqlarının altında Vətən torpağını sən boyda ürəklərində kişi qeyrətini, təpərini, şir biləklərində intiqama səsləyən yenilməz qüvvəni hiss edirdilər. Düşməni əzəcəklərinə şübhələri yoxdu...

Bilirəm, Ucubiz dağı, biz gördüklərimizin min qat artığını sən görmüsən. Necə dözürsən, soruşmuram, çünki elə dözdüyün üçün dağsan! Bizlərsə dözə bilmirik, ağrımızı göz yaşlarıyla çıxararaq ürəyimizi müvəqqəti sakitləşdiririk. Yaxud dərin bir ahla! Sənin bu imkanın da yoxdur – sən ağlarsan, selinin qarşısında dayanmaq gücümüz olmaz, sən ah çəkərsən, o ahın tufanından dünya dağılar...

Sus, Ucubiz dağı, ərənlərinin səndən örnək aldıqları təmkinini pozma! Qoy sənə bənzəsinlər,- dözümdə, səbirdə, mətanətdə, vüqarda, qürurda...

Çünki bu qürur, bu dözüm, mətanət, vüqar onları ölümsüz etdi. Ölümsüzlüyə gedən yollarıysa səndən keçdi...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK