adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Səcdə həm də insanın ana bətnindəki halıdır - Eminquey yazır

EMİNQUEY AKİF
39819 | 2019-01-23 12:37

İnsanın istər mənəvi, istərsə də fiziki rahatlıqtapdığı şeylər var. Bir də var, işarələrlə bu həyatı dərk etmək, çözmək. Mən buişarələrə rast gəlib mənasını çözəndə rahatlıq tapıram. Simvollar bəzənbir-birilərinə elə zəncirvari bağlanır ki. Birini çözürsən, o birilər də sapadüzülür.

Radikal beyinlər simvolları çözməkdə nə maraqlı deyillər,nə də o gücdə deyillər. Onlar üçün aydın görünən mühit onların beynindəki çərçivəəhatəsindədir. Məsələn, onun üçün səkkiz yemək düzürlər masaya. Ki, dadına bax,sonra de ki, hansı dadlıdır. O, yeddi yeməkdən sonra bezib ikincinin dadlı olduğunudeyir. Bəs səkkizinci? Bəlkə ən dadlısı odur?

Yəni bir şeyi birmənalı olaraq dışlamaq onların ənsevdiyi işlərdir. Onlar dinə də, Allaha da, insana da elə yanaşırlar.Birmənalı! Din insana qorxu gətirirmiş, qorxu altında saxlayırmış, qoymayın. Guyaki, heç kimdən qorxmur, heç nədən çəkinmir, bircə din bunu qorxu altındasaxlayırmış. Allah yox imiş, guya Afrikada ac qalan uşaqların halına yanırmışvə s. Buran-bura qonşusunun ac qalmasına göz yuman adamlar ədalət axtarışınaçıxır.

Axı bu dünyada sənin nöqtəliyinin də bir mənası,izahı var.

"Arifə bir işarə bəsdir” deyimi nahaqq yerədilimizin əzbəri olmayıb axı. Həyat işarələrdən ibarətdir. O işarələr sənədünyanı çözməyə kömək edir. Həyatına maraq qatır.

Məsələn, yadıma namaz qıldığım vaxtlar düşür. İndiyəkimi namaz qıldığım vaxtlardakı səcdə halında olan rahatlığı heçnədətapmamışam. Sırf başımı möhürə qoyub dua eləməkçün, zikr eləməkçünnamaza tələsirdim. İnanın, bu həm fiziki, həm də mənəvi rahatlıq gətirir. Birgün səni udacaq yerə baş qoymaq, ölümə baş əymək, başından ayaq barmaqlarınakimi yerə uduzmaq, təslim olmaq insana nə gözəl rahatlıq verir, bilsəniz.

Səcdə həm də insanın anabətnindəki halıdır. İnsan səcdədə öz ilkin halına qayıdır. Yəni insan ibadətəbaşlayanda məzar halında, sonda bətn halında olur. Hə, insan bu bədən dili ilətəsdiqləyir ki, hər şey ölümdən sonra başlayır. Bu mənəvi dincliyin dili ərəbcəolsa nə fərqi, öz dilində olsa nə fərqi. Əsas məsələ insan ruhunun və cismininhansısa ilahi enerjidən canına bir çimdik güc yığmağıdır, qalanını boş verin.


TƏQVİM / ARXİV