SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: CƏHƏNNƏMƏ GEDƏN YOL

  41800   |  
Şriftin ölçüsü  

Vallah, adam bəzən elə yer, elə yol görür ki, sanki o yol elə cəhənnəmə gedən yola bənzəyir. Bir çoxları soruşacaqlar ki, ay müəllim, sən cəhənnəmə gedən yolu harda görmüsən? İndi də ağzına gələni danışırsan. Düzdür, mən cəhənnəmə gedən yolu görməmişəm. Amma müqəddəs "Qurani-Kərim”də buyurulub ki, cəhənnəmə gedən yolda çox nazik bir körpü var – Sirat körpüsü! O körpüdən keçəndə günahı olmayanlar çox asanlıqla keçəcəklər. Günahı olanlar isə cəhənnəmdə düşüb qalacaqlar...

Bax, bizim məmləkətimizdə də elə yollar var ki, bu Sirat körpüsü qədər çətin və əzablı bir yoldu. O yolun birini mən 15 il bundan qabaq Kürdəmir rayonunun Ərəbqubalı kəndinə, dostumuzun atasının yasına gedərkən görmüşəm. Bakıdan Kürdəmirə olan yolu 2 saata getdik. Amma Kürdəmirdən o kəndə düz bir saat yarım çala-çuxur yollarla keçib getməli olduq. Yol bizi necə bezdirdisə, yanımdakı dostuma dedim ki, bir də bu kəndə elə o dostumuz rəhmətə gedəndə gələcəm. Dostumuz da kəndə gedib-gəlməkdən lap təngə gəlmişdi. Axırda hər şeydən bezdi, sonra Almaniyaya köçdü. Tay bilmirəm, indi o kəndə gedən yol düzəldilib ya yox, ancaq bildiyim odur ki, yazıq Ərəbqubalı kəndinin sakinləri hər gün cəhənnəmi gözləri ilə görməli olurlar. Qışda palçıqdan, yayda isə toz-torpaqdan o yolda nələr çəkdiyini bir özləri bilir, bir də Allahları.

İkinci bir əzablı yol isə İmişli rayonunun Bəhramtəpə qəsəbəsindən Biləsuvar rayonuna gedən yoldur. Bu yol hələ 20 il bundan qabaq bərbad günə düşmüşdü. O vaxt bu yolu gedib Biləsuvara çatana qədər adamın anasından əmdiyi süd burnundan tökülürdü. Amma indi bu yolu gedənlər ötən vaxtlara şükür edirlər. Məsələn, deyirlər ki, 10-15 il bundan qabaq 30-35 km məsafəni 40-50 dəqiqəyə getmək olurdu. Onda bir-iki çala-çuxur vardı. İndi hər addaımbaşı yolda çala-çuxurlar, yarğanlar yaranıb. İndi oğul lazımdı ki, bu yolu gündüz vaxtı yox, gecə vaxtı keçib gedə bilsin. Bütün maşınların "içi-çalatı” bu yollarda sökülüb dağılıb. Və bu yolları da bərbad günə qoyan iritonnajlı, normadan artıq yük daşıyan yük maşınları olub. Onlar normadan dəfələrlə artıq maşınlara yük yığdıqlarına görə, yollar da belə dağılaraq pis günə düşüb.

Bu yol adi yol deyildi. Çünki bu yol İmişlidən keçib Biləsuvara gedir ordan da İran sərhəddinə, gömrük- keçid məntəqəsinə uzanır. Son vaxtlar İran İslam Respublikasına bu istiqamətdə gedənlərin sayı daha da çoxalıb. Onlar çoxalsa da, bu yollar həmin insanlara hər gün, hər an əzab-əziyyət verir. Ancaq neyləmək olar, başqa çıxış yolu yoxdur. İmişlidən, Füzulidən, Beyləqandan, Ağcabədidən, Ağdamdan, Tərtərdən... İrana hər gün gedən insanlar məcbur olub bu yoldan keçməlidilər.

Bir dəfə oğlumla Təbrizə gedirdik. Və Təbrizə getmək üçün də mamam oğlu Tehranla Biləsuvarın İranla olan sərhəd-keçid məntəqəsində görüşməliydik. Biz iki saat yarıma keçid məntəqəsinə çatdıq. Mamam oğlu Tehran isə düz iki saatdan çox idi ki, Biləsuvar-İmişli yolunda hərəkət edirdi. Çatmaq bilmirdi ki, bilmirdi. Axırda gözləməkdən bezib ona zəng vurdum:

- Ay mamamoğlu, harda qalmısınız?

O isə əsəbi halda telefonda səsləndi:

- İki saatdan çoxdu ki, bu xaraba qalmış yoldayıq. Cəmi üç-dörd kilometr məsafə qalıb. Bir azca döz, indi çatıram.

Mən də elə səbrli adam deyiləm. Düşündüm ki, 3-4 kilometri beş-on dəqiqəyə arxada qoyub gəlib çatar. Baxdım ki, düz yarım saat keçib. Yenidən ona zəng elədim:

- Ay mamaoğlu, nooldu, yarım saat keçdi hələ gəlib çıxmamısan?

Tehran mamaoğlu əsəbləşmədən:

- Dayıoğlu, bu yol itin günündədi, vallah, gəlirik. Sürücünü də qınamalı deyil. Həm qaranlıqdı, həm də addımbaşı çala-çuxurdu. Yazıq sürücü də o çalaya, bu çalaya düşə-düşə gəlir...

Axır ki, çətinliklə də olsa mamaoğlu gəlib çatdı. Və sonra da yana-yana dedi:

- Dayıoğlu, bilirsən bu yolla gedib gələndə nə zülm çəkirik? Allaha and olsun, mənim şoferlərə yazığım gəlir. Heç bu verdiyimiz pul onların xarab olan maşınlarının ucuz bir hissəsini ödəmir. Kimə deyirsən ki, İmişlidən Biləsuvara gedək, daş atıb başını tutur və deyir: "Qardaş, hara deyirsən səni aparım, bircə o dediyin yerdən başqa. Gərək o yolu getsəm, maşın darmadağın olsun”.İndi güclə bizi biri gətirib. O da geri dönməyini gözünün qabağına gətirəndə canını qoymağa yer tapmır...

Mən mamam oğlunu dinləyəndən sonra Ərəbqubalı camatı kimi İmişli-Biləsuvar yolunu gedən sürücülərə və sərnişinlərə də lap yazığım gəldi. Yazığım gəldi ki, dünyanın bu yaxşı vaxtında yazıq bu camaat bu yolu gedəndə hansı müsibətlə üzləşirlər. Və onlar da bu müsibətləri hər tərəfdə danışsalar da, desələr də, di gəl ki, onların səsi yuxarılara gedib çatmır.

Deyirik yəqin nə İmişli rayon icra hakimiyyətinin başçısı, nə Biləsuvar rayon icra hakimiyyətinin başçısı, nə də digər səlahiyyət sahibləri bu yolla gedib-gəlirlər. Heç onların bahalı maşınları bu yollara çıxmaz da. Yəqin onlar gedib-gəlsəydi çoxdan İmişli-Biləsuvar yolu digər yollarımız kimi tikilərək istifadəyə verilmişdi. Ona görə də biz camaatın səsini və giley-güzarını İmişli və Biləsuvar rayon icra hakimiyyətinin başçılarına, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə çatdırırıq. Qoy bu onların xəbəri olsun ki, İmişli-Biləsuvar yolu necə bərbad gündədir.

Ölkə prezidenti cənab İlham Əliyev avtomobil yollarının tikintisi üçün hər il nə qədər vəsait ayırır. Çox güman ki, əlaqədar qurumlar bu məsələləri gündəmdə saxlayacaq və bərbad gündə olan İmişli-Biləsuvar avtomobil yolu əsaslı surətdə yenidən inşa ediləcəkdi. Bizim buna çox böyük inamımız və ümidimiz var.

Ən azından ona görə ki, cənab prezident həmişə bu xalqa, bu millətə arxa durub, onların probleminin həll edilməsinə dəstək olub. Sadəcə olaraq, bir yada salan lazımdır ki, İmişli-Biləsuvar yolu bərbad gündədir və bundan da o yoldan istifadə edən insanlar çox əziyyət çəkirlər. Daha doğrusu, o yolu gedib-gələnlərin analarından əmdiyi süd burunlarından tökülür.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK